Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.
1. Tənqiddən əl çəkməli
Tənqid – qiymətləndirmənin bir növüdür. Daha doğrusu, tənqid edərək biz insanları, özümüzü, vəziyyəti qiymətləndiririk. “Bu belə olmalıdır, başqa variantı ola bilməz” demək və ya kiminsə belə deməyinə göz yummaq nə dərəcədə doğrudur? Həyat çoxlarına “etmərəm, olmaz” dedikləri şeyləri etməyə o qədər məcbur edib ki! Ona görə, çalışın özünüzü də, başqalarını da tənqid etməyəsiniz.
2. Pis fikirlərdən uzaq durmalı
Bəzən hamını, hər şeyi günahlandırırıq, unuduruq ki, əslində pisliyin kökü elə öz içimizdədir. Biz pis düşündükcə, həyat da qarşımıza pis situasiyalar çıxarır. Xəstələnəcəyini gözləsən, xəstələnəcəksən. Sevgi gözləsən, sevgi gələcək. Hər şey bu qədər sadədir.
3. İstiqanlı, xeyirxah olmalı
Uğur yolunda ən birinci addım – səbirdir. İşdə uğur üçün təcrübə toplamalısınız, sevgidə uğur üçün gərək çox sevəsiniz və vaxtı gələndə hər ikisində də yaxşı nəticələrlə qarşılaşacaqsınız. Həyatı tələsik yaşamaqdan əl çəkin, hər şeyin öz vaxtı var.
4. Başqalarına da, özünüzə də yazığınız gəlməməli
Kiməsə yazığı gəlmək əslində onu alçaltmaqdır. Bu, heç şübhəsiz belədir. Halına acımaq – yəni başına gələnlə, problemi həll etmək gücünə malik olmamaqla razılaşmaqdır. İnsan istəsə, dağı dağ üstünə qoyar. Heyf ki, əksəriyyət öz potensialından istifadə etmir, yaxud qıymır…
5. Razılıqdan qaçmalı
Kömək istəməkdən, bilmədiyiniz şeyləri soruşmaqdan utanmayın. Bu, heç də zəiflik əlaməti deyil. Zəiflik utancaqlıqdır. Bizim həyatın hər sürprizi ilə tək başına mübarizə aparmaq kimi bir öhdəliyimiz yoxdur. Əksinə, hər şeyi ətrafımızdakılarla birgə daha rahat həll edə bilərik. Uğurun sirlərindən biri məhz birlikdədir!
6. Çatışmazlıqları sevməli
Yox, mazoxizm lazım deyil. Sadəcə çətinliyin bizi məhv edəcəyinə yox, onun bizi daha güclü edəcəyini bilin. Problem qaçmaqla onu həll etmək olmur. Nə qədər çətin və ağır olsa da, onun üzərinə gedin, həll yolların axtarın. Zəif nöqtələrinizi, çatışmazlığınızı deyib özünüzü günahlandırmaqdansa, onları sevin.
7. Sağlamlığınızın qeydinə qalmalı
Doğulduğumuzdan bəri bizə cəmi bircə can verilir, əvəzi də yoxdur, qeydinə qalmalıyıq. Yeri gələndə işi-gücü atıb ağrıyan yerimizin dərdinə yanmalıyıq. Onu məgər hansı pula geri qaytarmaq olur?
8. İşi sonacan görməli
Sonacan görülməyən iş insanın özünə inamını azaldır, yadda həmişə zəiflik əlaməti kimi ilişib qalır. Heç nəyi yarıda qoymayın – bunu başqasına görə yox, sırf özünüzə görə edin!
9. Sahib olmağa çalışmamalı
Biz nələrə sahibik? Sahib olduğumuz istənilən şey etibarsızdır. Çox sevdiyimiz əşya bir gün qırıla, güvəndiyimiz dostumuz bir gün bizi aldada bilər. Bu halda itki bizi daha çox ağrıdır. Çünki sahiblik – asılılıqdır. Sahiblik hissindən daha çox özünüzə yaxınlıq hissini təlqin edin. Kiməsə sahib olmaqdansa, daima yanında olmaq daha rahatdır.
10. Həyatın sürprizlərinə hazır olmalı
Sürprizlər həmişə xoş hislər vermir, bəzən ağrılı anlar da yaşadır. Necə ki xoş hadisələrə qollarınızı açırsınız, pis şeylərlə qarşılaşanda da eyni reaksiyanı verməyə çalışın. Axı həyat bəzən alça kimidir, turş olsa da, heç cür yeməkdən doymaq, imtina etmək olmur.