1.Thomas Andrews Jr – Titanic gəmisi (1912)
Gəmi mühəndisi Tomas Andrews, suya endirildiyi dövrdə dünyanın ən böyük gəmisi olan Titanici hazırladı və inşa etdirdi. İlk səfərə çıxdıqdan 4 gün sonra buz dağıyla toqquşaraq batan bu nəhəng gəmidə ölən 1517 adamın içində o da var idi.
2. Henry Winstanley-Dəniz Fənəri (1703)
Eddystone qayaları üzərində olan ilk dəniz fənərinin memarı
Winstanley, inşa etdiyi dəniz fənərinin möhkəmliyini yoxlamaq üçün bir fırtına əsnasında dəniz fənərinin içində olmaq istədi. Dəniz fənəri dağıldı və Winstanley yanındakı beş adamla birlikdə həyatını itirdi.
3.Otto Lillienthal – Planor
Uşaqlığından bəri ən böyük arzusu uçmaq olan Otto Lillienthal planoru icad edərək aviasiya tarixinə böyük töhfə vermişdir. Lakin bu icad onun sonunu gətirdi. Fırtınalı bir gündə uçmaq istəməsinin ardından idarəsi itirən Lillienthal öz evinin damına düşərək öldü.
4.Alexander Bogdanov – Qan nəqli (1928)
Qan nəqli ilə xəstəlikləri müalicə edə biləcəyini isbat etməyə çalışan rus elm adamı bu təcrübələri özü üzərində də etməyə çalışdı lakin yoluxduğu qızdırma və vərəm bakteriyaları səbəbi ilə həyatını itirdi.
5.Marie Curie – Radiasiya (1934)
Radyoaktivlik üzərinə etdiyi çalışmalarla iki dəfə Nobel Mükafatı qazanan Marie Curie eyni zamanda Nobel Mükafatını alan ilk qadın və bu mükafatı iki dəfə qazanan ilk elm adamı olmuşur. Uranium-la etdiyi təcrübələr nəticəsində radyoaktivliyi kəşf etdi. Torium-un radioaktiv xüsusiyyətini tapdı və radium elementini ayırdı. Ancaq bu təcrübələr əsnasında o qədər çox radiasiyaya məruz qaldı ki, həddindən artıq radyoaktivliklə bağlı qan xərçəngindən öldü.
6.Franz Reichelt – Paraşüt
Uçan Dərzi olaraq tanınan Avstriyalı dərzi. Müasir bir paraşüt kimi insanı yavaşca yerə doğru endirən bir palto hazırladı. Geyimini Eyfel qülləsinin ilk göyərtəsində, 60 metr yüksəklikdən sınadı. Bir tamaşaçı qrupu və kamera qrupunun da olduğu təcrübədə dümdüz aşağı doğru düşərək həyatını itirdi.
7.Tomas Midgley – Avtomat xəstə yatağı
Tomas Midgley, elmin sənaye tətbiqlərinə maraq salan Amerikalı kimyagər və mühəndis idi. Həyatı boyunca təriflənməsinə baxmayaraq, qurğuşun benzini və xlora Flor karbon qazını ixtira etdiyinə görə atmosferə ən çox zərər vurmuş adam olaraq tarixə keçdi. Daha sonra qurğuşun zəhərlənməsinə görə iflic oldu və özünü yataqdan qaldıracaq bir qurğu icad etdi. Lakin 55 yaşında bu qurğunun çarxı tərəfindən boğularaq həyatını itirdi.
8. Li Si – İşgəncə Kürsüsü
İşgəncə kürsüsünün icadçısı olan Li Si, vətən xaini elan edildi və öz icadında qan itirərək həyatını itirdi.
9.Soucek Karel – Kapsula (1985)
Kanadalı professional bir kaskadyor olan Karel Soucek Niagara Şəlaləsindən atlayış üçün bir çəllək hazırladı. Niagara şəlaləsindən atıldıqdan sonra kiçik xəsarətlərlə həyatda qaldı. 1985-ci ildə Texasda Houston Astrodome adındakı xüsusi olaraq edilmiş 180 fut yüksəkliyindəki şəlalədən edəcəyi atlayışı maliyyəyə etməsi üçün bir şirkəti razı saldı. Təəssüfki atlayış uğursuzluqla nəticələndi və Karel Soucek hovuzun kənarına dəydi, kapsula parçalara ayrıldı və Karel Soucek həyatını itirdi.