Uşaqlar üçün oyuncaq əyləncəli zaman keçirməkdən əlavə, daha dərin mənalar da daşıyır. Elmi araşdırmalara görə uşaq, bu cür oyuncaqlar vasitəsiylə yetişkinlərin dünyası haqqında təcrübə qazanır, yetişkinliyə hazırlanır. Bu səbəbdən oyuncaqların uşaq üçün rol model olması mümkündür.
Günümüzdəki uşaqların oyuncaqlarına baxdığımızda bir sıra film və cizgi film qəhrəmanlarının oyuncaqlarının əhəmiyyətli bir yer tutduğunu görürük, ancaq gerçək həyatdakı insanların oyuncağının hazırlandığını görmürük. Halbuki gerçək dünyada da bir çox qəhrəmana sahibik. Onlar da o film və cizgi film qəhrəmanları kimi cəsurdurlar, ağıllıdırlar, iradəlidirlər. Uşaqlarımız bu özəl insanların varlığından və həyat hekayələrindən oyuncaqlar vasitəsilə xəbərdar olsalar, daha yaxşı olmazdımı?
Məhz bunu Wendy Tsao edir. Satın aldığı oyuncaq körpələr üzərində dəyişikliklər edərək onları gerçək həyatdan müvəffəqiyyətli qadınlar halına gətirir. Beləcə kiçik uşaqlara, bu insanları tanımaları üçün, onların həyat hekayələrindən ilham almaları üçün möhtəşəm bir şans verir.
Frida Kahlo
Frida Kahlo: 1907-1954 arasında yaşamış, Meksikalı rəssam.
Malalan Yousafzai
Malalan Yousafazi: 1997-ci il təvəllüdlü, Pakistanlı fəal. Ən gənc Nobel namizədi.
J.K. Rowling
J.K. Rowling: 1965-ci il təvəllüdlü İngilis yazar. Harry Potter kitabları ilə böyük müvəffəqiyyət qazanmışdır.
Waris Dirie
Waris Dirie: 1965-ci il təvəllüdlü, Somalili manken, yazar və fəal.
Roberta Bondar
Roberta Bondar: 1945-ci il təvəllüdlü, Kanadanın kosmosa çıxan ilk qadın astronomu
Jane Goodall
Jane Goodall: 1934-ci il təvəllüdlü. İngilis primatolog. BMT Sülh elçisi.