Xarici dili öyrənmək istəyən insanlar ilk növbədə bunun üçün hansı dili seçəcəkləri sualı ilə qarşılaşırlar. Bu sual xüsusilə də dil biliklərini artırmaq istəyən tələbələri narahat edir.

    İlk növbədə onu qeyd etməliyik ki, hər şey insanın özündən asılıdr. İnsan öz fəaliyyətinin mahiyyətini və zəruriliyini anlayırsa, ən mürəkkəb dili belə öyrənə bilər. Xarici dili öyrənmək üçün motivasiya və istək varsa, heç bir çətinlik olmayacaq.

    Öyrənilməsi asan olan xarici dillər:

    İngilis dili

    İngilis dili sadə dillər qrupunda yer alır. İngilis dilində hallar, cins şəkilçiləri, sözlərin, səslərin uyğunlaşması yoxdur. Buna görə də ingilis dilinin qramatikası ən sadə qramatikalardan biri hesab olunur. Bu dildə sözlər əsasən qısa olur, fellər yalnız üçüncü şəxsdə dəyişir. İngilis dilinin doğma daşıyıcıları xaricilərin ingilis dilində buraxdıqları səhvlərə çox sakit reaksiya verirlər, çünki əksəriyyət ikinci dil kimi ingilis dilini seçir.

    İtalyan dili

    İtalyan dilində də hallar yoxdur, tələffüz olduqca asan və sadədir. İtalyan dili latın dillərinə bənzədiyi üçün bu qrupa aid olan dillərdə danışan insan üçün asanlıqla məniməsənilir. Xüsusilə də hind-avropa dil ailəsi dillərin daşıyıcıları üçün.

    İspan dili

    Bu dil öyrənmək üçün ən sadə dildir. Dilin lüğəti ingilis dili lüğətinə bənzəyir, orfoqrafiya çox sadədir – sözlər yazıldığı kimi də oxunur. Bu dil geniş istifadə olunan dillər sırasındadır, ispan dili aydın tələffüz və qramatikaya malik dildir.

    Fransız dili

    Fransız dili də asan mənimsənilən dillər siyahısındadır. Dilin ən böyük üstünlüyü ondadır ki, bu dil xarici öyrəncilər arasında kifayət qədər məşhurdur və geniş istifadə olunur. Bir çoxları bu dili ahəngdar və “sevgi” dili hesab etdikləri üçün üstünlük verirlər. Buna görə də dilin daşıyıcıları dayanmadan artmaqdadır.

    Esperanto

    Esperanto dilində  ispan dilində olduğu kimi bütün sözlər yazıldığı kimi də tələffüz olunur. Bu dil faktiki olaraq süni yaradılmış dildir. Buna görə də asan öyrənilir.

    Mənimsənilməsi mürəkkəb olan xarici dillər

    Linqvistlərin fikrincə geniş istifadə olunan ən mürəkkəb dillər – ərəb, çin, yapon və koreya dilləridir. Maraqlısı budur ki, beyni başqa dillərə müqayisədə çin və ərəb dilini fərqli şəkildə qəbul edir. Beləki, bu dildə ozuyub yazan insanların beyninin hər iki yarımkürəsi işlək vəziyyətdə olur. Halbuki, digər dillərdə beynimizin yalnız bir yaımkürəsi aktivləşir. Buradan belə qənaətə gəlmək olar ki, bu dillərin öyrənilməsi beynin aktivliyini inkişaf etdirir, beyni məşq etdirir.