Uşaqlıq xatirələri, hər zaman bizim qalan sərvətimizdir: ovucumuzdakı ilk qar dənəsi, ilk köpük balonları, Yeni İldə küknar və mandarin qoxusu.. Övladınızın da uşaqlıq xatirələri daxılına bol-bol əlvan xatirə atmaq istəyirsinizsə, onunla birlikdə bunları mütləq edin:

  1. Toxum əkib, onun cücərməsini müşahidə edin.
  2. Ulduzlara baxıb böyük və kiçik ayı bürclərini tapın.
  3. Qələmi sürətlə tərpədərək onun vizual olaraq elastik göründüyünü izləyini.
  4. Ev üsulu xoruz hazırlayın.
  5. Kölgə teatrı edin.
  6. Gölə daşlar ataraq dairələr çəkin.
  7. Dəftərin qıraqlarında multfilm çəkin.
  8. Masanı hündürlüyü boyu bir şalla örtərək onu çadıra çevirin.
  9. Çələng hörməyi öyrədin.
  10. Limon turşusu və ya sodadan vulkan püskürməsi edin.
  11. Fokus göstərin.
  12. Çərpələng uçurun.
  13. Plastik butılkaların qapaqlarını deşərək onları silahları çevirin və su döyüşü edin.
  14. Quşların cəh-cəhini dinləyin.
  15. Xəzan mövsümündə budağı tərpədərək ona yarpaq yağışını yaşadın.
  16. Günün çıxmasını seyr edin.
  17. Buludlara baxaraq onları nəyəsə bənzətməyə çalışın.
  18. Balıq tutun.
  19. Qarın üzərində uzanaraq, əllərinizi aşağı və yuxarı aparın və mələk izi qoyun.
  20. Quş yuvası düzəldin və quşları bəsləyin.
  21. Tonqalın yanında söhbət edin.


  22. Qumdan qəsr düzəldin.
  23. Plastik stəkanlardan istifadə edərək telefon oyununu oynayın.
  24. Kölgələrinizlə qovdu-qaç oynayın.
  25. Kağız gəmilər hazırlayın.
  26. Görpəçənin üzərinə atlayın.
  27. Xüsusi qəliblərlə xəmiri formaya salın.
  28. Onun sevdiyi oyuncağı birlikdə təmir edin.
  29. Küknar ağacını bəzəyin.
  30. Ağaca çıxıb, pişiyi xilas edin.
  31. Ağ mələfələrlə ruh oyunu oynayın.
  32. Səmaya balon buraxın.
  33. Dostları ilə əylənə biləcəyi bir ad günü keçirin.
  34. Dünyaya rəngli şüşələrdən baxın.
  35. Buxarlanmış pəncərədə yazı yazın.
  36. Ona öz geyimlərinizi geyindirin.
  37. Və mütləq xəyal qurun.