Oscar Wilden 16 oktyabr 1854-cü ildə anadan olmuşdur. Həyatı boyunca ən qiymətli əsərlərin altına imza atmış Oscar Wilde’in ən gözəl aforizmlərini sizlər üçün bir araya topladıq.



    1. İkinci bir sevgi tapmadan, birincini unuda bilməzsən.

    2. Hamımız palçıq içindəyik, amma bəzilərimiz ulduzlara baxırıq.

    3. Həyatları boyunca yalnız bir dəfə sevən insanlar axmaqdırlar. Onlardan soruşsanız bunu sədaqətləri və doğruluqları ilə izah edəcəklər. Amma mənə qalsa, onlar tənbəl və xəyal gücündən yoxsuldurlar.

    4. İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə var olarlar.

    5. Kişilər qadınların ilk eşqi, qadınlarsa kişilərin son eşqi olmaq istəyərlər.

    6. Yalnız axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda “məni anlamırlar” deyə kədərlənmək niyə?

    7. Yaşlılar hər şeyə inanar, orta yaşlılar hər şeydən şübhə duyar, gənclər isə hər şeyi bilərlər.

    8. Bir qadın, köhnə ərindən nifrət etdiyi üçün yenidən evlənir; bir kişi isə köhnə arvadını unuda bilmədiyi üçün. Çünki qadınlar şanslarını yoxlayar, kişilər şanslarını təhlükəyə atarlar…

    9. Gənclik gözəl şeydir, amma gənclərin əlində heç olur.

  10. Gözəl, yaxşı və ağıllı bir qadını axtaran, gerçəkdə bir deyil, üç qadını axtarır.

  11. Moda o qədər çirkin bir şeydir ki, onu altı ayda bir dəyişdirmək məcburiyyətində qalırlar.

  12. Sevmədiyimiz insanlara qarşı daim nəzakətli olma qabiliyyətimiz var.

  13. Əvvəllər hər şeyin dəyərini bilirdik, indi isə qiymətini..

  14. Kölgələrdən qorxmayın. Onlar bir yerlərdə işığın var olduğunun sübutudurlar.