Ramazan ayında oruc tutan şəxslər aclıqla əlaqədar olan ağız qoxusu problemi yaşayır. Oruclu olsalar da, sosial həyatlarını olduğu kimi davam etdirdiklərindən ağız qoxusunun ətrafdakıları narahat etməməsinə çalışırlar.
Mütəxəssislər Ramazan ayının ruhumuza gətirdiyi gözəlliklərlə yanaşı sosial həyatımıza təsir edə biləcək bəzi çatışmazlıqların qarşısını almaqla bağlı məsləhətlər verib.
1. İftar və imsakdan sonra mütləq dişlər fırçalanmalıdır.
2. Dişləri fırçalayarkən mütləq dilinizin üst təbəqəsini də fırçalayın.
3. Ramazan ayı çox vaxt yay aylarına təsadüf etdiyindən soyuq qidalara meylli oluruq. Ancaq soyuq su ağız qoxusunu artırır. Buna görə soyuq qidalardan uzaq durub ilıq qidalar yeyin.
4. İmsakda sarımsaqlı, ədviyyatlı qidalardan uzaq durun.
5. Ramazan ayı boyunca yemək vərdişlərimizlə əlaqədar mədəmiz günorta və axşam saatlarında öz suyunu ifraz edir. Bu da ağız qoxusuna səbəb olar. Buna görə günorta və axşam saatlarında həmsöhbət olduğunuz insanlarla uzaq məsafələrdə danışın.
6. Aromatlı orqanik içkilər, yaşıl çay, ada çayını bol qəbul edin