Britaniyada dərc olunan “EMEL” jurnalı, tibbi araşdırmaçı Dr. Norin A. Kassemin araşdırmaları əsasında, insan oruc tutarkən onun bədninin daxilində hansı proseslərin baş verdiyini məlumat verən qısa video çarx təqdim edib.
 
Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edir. Enerji istehsalı zamanı ən mühüm rolu Qaraciyər oynayır. Qaraciyər piyləri keton bədənçikləri adlı kimyəvi prepratalara çevirərək insan enerjisnin əsas mənbəyi edir.
 
Dr. Kassemin fikrincə, detoksikasiya oruc tutmağın ən əhəmiyyətli xeyrlərindən biridir. Müntəzəm detoksikasiya prosesi zamanı insanın qalın bağırsağı, ağciyəri, qaraciyəri, böyrək, limfatik düyünlər və dəridə olan zəhərli maddələr neytrallaşdırılır və ya təmizlənir. Yeməklərdən və ətraf mühitdən daxil olmuş və qalın ehtiyatlatlarda saxlanılmış kimyəvi preparatlar və toksinlər orucluq zamanı detoksikasiya prosesinin güclənməsi nəticəsində təmizlənirlər.
 
Fiziki səviyyədə enerji və resurslar həzm sistemindən rədd edildiyinə görə, insanın bədənində sağalma və bərpa prosesləri baş verir.
 
Orucluq vaxtı metabolizma və ümumi fiziki funksiyalar səviyyəsinin azalmasına görə bədənin temperaturunda kiçik azaldılma müşahidə olunur. Həmçinin insann bədəni enerji üçün metobolizmanın azalması nəticəsində və qaraciyərdə yeləşən qlikogen rezervlərini istifadə etdiyinə görə qanda şəkərin səviyyəsid enir.
 
Gündəlik həyatda tez-tez yüklənən həzm sistemi orucluq vaxtı daha effektiv həzm və qidaları udmaq üçün özünü bərpa edərək təmizləyir. Mədə və bağırsaq örtüyü vəz və əzələləri bərpa edərək lazımsı toksinləri özündən uzaqlaşdırır.