Başımız təhsilə yaxud olduqca vacib işə qarışında gündəlik həyati zövqlərdən faydalana bilmirik. Hansı ki, bunun orqanizmimizə böyük müsbət və dəstəkləyici təsiri var. Bizim orqanizmimiz özünə qarşı laqeydsizliyi yaxşı qarşılamır və daima özü-özünü bərpa etməkdən yorulur, tükənir və nəhayət zəifləyərək “qurumağa” başlayır. Bədənimizin enerji ehtiyatlarını bərpa etməyə yardım göstərərək lazımi qidaları, ərzaqları qəbul etməliyik:
1. Qızılbalıq. Qızılbalıq dadı ilə yanaşı həmçinin faydalılığı ilə də məşhurdur. O, omeqa – 3 yağları ilə zəngindir. Bu balığın qida rasinonumuza əlavə edilməsi ürək xəstəliklərinin profilaktikası olar. Qızılbalıq böyük miqdarda zülal ehtiyatlarına malikdir, hansı ki bu element diqqətimizi və məhsuldarlığımızı artırır.
2. Badam. Badam sellüloza, zülal və doymamış yağlarla zəngindir. Bu elementlər bədənin enerji ehtiyatlarının bərpa edilməsində böyük rola malikdirlər. Badamın tərkibindəki E vitamini dərini qidalandırır və mona günəş şüaları tərəfindən dəymiş zərəri azaldır.
3. Yaşıl çay. Yaşıl çayın tərkibində böyük miqdarda antioksidant və katexin vardır. Bu elementlər ürəyin fəaliyyətini normallaşdırır və əhvalımızın daim yaxşı qalmasına kömək edir (sinirlərə sakitləşdirici təsiri var ).
4. Avakado. Avakado özündə faydalı yağları birləşdirir və orqanizmə tələb olunan kaliy ehtiyatlarını tam ödəyir. Həmçinin, avakadonun tərkibindəki olein turşuları qandakı zərərli xolesterinin səviyyəsini aşağı salır. Avakadodakı yağlar və sellüloza qanda insulinin normal səviyyəsini qoruyur, hansı ki bu beynimizin fəaliyyəti üçün olduqca vacibdir.
5. Kələm. Kələmin tərkibi qidalı maddələrlə zəngindir. Onun ən vacib elementlərindən biri indol və izotesionatlardır. Həmin elementlər bir çox xroniki xəstəliklərin, hətta xərçəngin qarşısını alır.
6. Qara şokolad. Qara şokoladın tərkibindəki flovonoidlər qan damarlarının sağlam vəziyyətini dəstəkləyir, tərkibindəki yağlar isə xolesterinin səviyyəsinə təsir göstərir. Qara şokoladın istifadəsi (70%) kaortizolun (stress hormonu) səviyyəsini aşağı salır, beyindəki qan dövranını artırır.
7. Giləmeyvələr. Moruq, böyürtkən və qarağat fitonutrid və antioksidantlarla zəngindir. Giləmeyvələrin tərkibindəki maddələr qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Böyük miqdarda sellüloza isə qandakı şəkərin tənzimlənməsinə xidmət edir.