Bu gün demək olar ki, mobil rabitə inkişafının ən yüksək həddindədir. Mobil telefonlar artıq gündəlik həyatımızın lazımlı və əvəzsiz ünsiyyət vasitəsinə çevrilib. Bununla belə, heç də istifadəçilərin hamısı mobil telefonların keyfiyyətindən razı deyil. Aparılan sorğulara görə, telefonların tez sıradan çıxmasına bəzən telefonun keyfiyyətsiz olmağı, bəzən isə istifadəçilərin səhlənkarlığı səbəb olur.
Telefon suya duşərsə nə etməli?
Belə hallarda heç də telefonu dəyişməyə ehtiyac yoxdu. Belə ki, onun sözlərinə görə, mobil telefon suya düşəndə ilk növbədə batareykanı, sim-kartı, yaddaş kartı çıxarmaq, sonra telefonun özünü qurutmaq lazımdır. “Telefonu adi saç feni vasitəsi ilə də qurutmaq olar. Ən azı bir sutka ərzində telefon qurudulmalıdır. Əgər fen yoxdursa, uzun düyünün içərisinə mobil telefonu qoymaq olar. Belə ki, düyü suyu özünə çəkir və mobil telefon quruyur”.
Mobil telefonda hansısa bir detalın sıradan çıxmağına gəlincə, həmsöhbətim qeyd edir ki, telefon təmir olunan yerlərdə istifadəyə yararsız hissələr köhnə telefonlardan çıxarılaraq əvəz olunur. “Telefonlar üçün yeni ehtiyat hissələri alınsa da, köhnə telefonların ehtiyat hissələrindən də istifadə olunur”.
Mobil telefonların saxtalardan ayırmağın yolları
“Xüsusi kodlar vasitəsilə asanlıqla mobil telefonun orijinal və ya saxta olduğunu müəyyənləşdirmək olar. Misal üçün, “Nokia” markalı telefona “ulduz, diez, dörd sıfır, diez” kodu daxil etməklə onun orijnal olduğunu yoxlamaq olar. “Samsung” markalı telefonu yoxlamaqdan ötrü “ulduz, diez, 1234, diez” kodunu yazdıqda telefon haqqında məlumat ekrana çıxır. Saxta telefonlarda isə kodu yazdıqda heç bir məlumat ekranda görünmür”.