- Testosteron miqdarı yüksək olan insanlar digər insanların qəzəblənməsindən zövq alır.
- Araşdırmalar göstərmişdir ki, bəzi insanlar doğuşdan riyaziyyatçıdır. Bəziləri isə – yox.
- Pessimistlik genetikdir, amma optimistlik deyil.
- Mahnı oxumaq narahatlığı aradan qaldırır və depressiya ilə mübarizə aparır.
- Bağırsaqların sinir sistemi ilə beyin biri birinə bağlıdır. Bu səbəbdən də bəzi emosiyalar, xüsusilə stress həzm sisteminə təsir göstərir.
- Təzə doğulmuş körpənin 270, yetkin insanın isə 206 sümüyü var.
- Hər 28 gündən bir dərimiz yenilənir.
- Bir addım atmaq üçün orta hesabla 200 əzələni işə salırıq.
- Ciyər bərpa oluna bilən yeganə orqandır. Əgər onu 25%-i sağlam qalmışdırsa, o əvvəlki formasını alır.
- 12% insan yalnız rəngsiz yuxular görür.
- İnformasiyanın beyinə getmə sürəti 400 km/s-dır.
- Qanımız dövran edərkən gün ərzində 19312 km qət edir.
- Bütün sinitlərimizin uzunluğu 45 km-dir.
- Ürəyimiz il ərzində orta hesabla 35 milyon dəfə döyünür.
- Oğlanların dilində dad reseptoru qızların dilindən daha çoxdur.
- Orta hesabla hər insan həyatı boyu 35 ton qida qəbul edir.
- Gülümsəyərkən 17, ağlayarkən isə 43 üz əzələsi işə düşür.
- Qan qrupların sayı əslində 29-dur.
- İnsan bədənində 60 000 mil qan damarı var.
- Aşiq olan insanın beyni neyromediat və hormonlardan ibarət bir şirə ifraz edir. Bu ürək döyüntüsünün güclənməsi, yuxusuzluq və iştahsızlığa səbəb olur.
- 30 dəqiqəyə insan bədənində yığılmış istilik 4 litr suyu qaynada bilər.
- Tənhalıq fiziki ağrılara səbəb olur.
- Əsas 5 hissdən əlavə bizim 15 hissimizdə var. Aclıq, susuzluq, hərarət, ağrı və s.
- Ağlamaq stresi və fiziki ağrıları azaldır. Yeri gəlmişkən, ağlayarkən və soğan doğrayarkən tökdüyümüz göz yaşının tərkibi eyni deyil.
- Bu məqaləni oxuduğunuz zaman orta hesabla 50 dəfə gözünüzü qırpdınız. Toplamda isə insan həyatının 5 ili göz qırpmağa sərf olunur.