Erika Nordbi (Erika Nordby)
Erikanın Leyla Nordbi adlı anası gecəyarısı oyanaraq valideyn üçün dəhşətli mənzərə ilə qarşılaşır: Leylanın körpəsi yerində yoxdur.
15 aylıq qız anası yatarkən əynindəki tək bezlə küçəyə qaçır. Leyla evi yaxşı axtarandan sonra qapının açıq qaldığını aşkar edir. Leyla küçəyə çıxır və qarın üzərindəki kiçik ayaq izlərini aşkar edir. Ayaq izlərinin dalınca gedən ana qızının hərəkətsiz bədənini qarın arasında tapır. Həmin gecə Kanadada -24 dərəcə selsi temperatur soyuq vardı. Leyla körpəni evə gətirərək təcili yardım çağırır və özü körpəyə süni nəfəs verərək ona yardım etməyə çalışır. Polis və təcili yardım gəldikdən sonra polislər Leylanı valideyn öhdəliklərinin yerinə yetirilməməsi adı ilə 5 saatlıq nəzarət altına alır. Erika xəstəxanaya çatdırılanda onun bədən temperaturu 16 dərəcə idi və ürəyi artıq 2 saat idiki döyünmürdü.
Erikanı elektroqızdırıcı örtüyə bürüdükdən sonra onun ürəyi yenidən döyünməyə başlayır. Həkimlər Erikanın don vurmuş ayaqlarını amputasiya etmək fikrində olurlar, lakin sonra buna heç bir ciddi səbəb olmadığından dəri transplantasiyası ilə kifayətlənməli olurlar. Erika tamamilə bərpa olunaraq 6 həftədən sonra evə buraxılır. Bu hadisədən sonra Erika və onun ailəsi hədsiz ictimai diqqətdən yayınmaq məqsədi ilə başqa evə köçürlər .
Terri Kalvesbert (Terry Calvesbert)
2 yaşlı Terrinin anası təsadüfən siqareti onun otağında qoyur. Siqaretin közərtisi pərdələri yandırır və tezliklə alov bütün otağı bürüyür. Terrinin anası Culi kiçik qızının səsinə otağa daxil olur, lakin tüstüdən heçnə görmür. Bu halda küçəyə çıxaraq pəncərəni sındırmağa çalışır. Yanğınsöndürənlər gələndə körpənin səsi kəsilmişdir artıq. Yanğınsöndürənlər otaqda yanmış kuklaya bənzər bir şey aşkar edirlər. Bu Terrinin yanmış bədəni idi – qara və az qala kömürlənmiş. Terrini bədəninin yanmayan yeganə yeri bədəninin nəm bezlə örtülmüş hissəsi idi.
Həkimlər Terrinin sağ qalacağına inanmırlar, bununla belə o, sağ qaldı. Ağır yanıqlar Terrinin bədəninə 80%-ə qədər ciddi zərər vurmuşdur. Terri burnunu, qulaqlarını , sol ayağını, bütün barmaqlarını və saçlarını həmişəlik itirdi. Terri hal-hazırda parik və ayaq protezindən istifadə edir və mütəmadi olaraq dəri transplantasiyası əməliyyatını keçirir. Terri atası və analığı ilə birlikdə İngiltərədə yaşayır.
Culi özünü günahkar sayaraq qızı ilə bütün əlaqələri kəsir. Onu xəstəxanada ziyarət etmir və 10 il müddətinə onunla münasibətdən imtina edir. 10 ildən sonra onlar sənədli serial olan “Extraordinary People“ verilişində görüşürlər.
Ceymi Oqq (Jamie Ogg)
Keyt Oqq hamiləliyin 27-ci həftəsində olarkən sancıları tutur və onu dərhal doğum şöbəsinə yerləşdirirlər. Keytin Ceymi adlandırdığı körpə həkimlər tərəfindən ölü kimi təqdim edilir. Həkimlər Ceymini valideynlərinə təhvil verirlər və anasının qucağında Ceymi nəfəs alır. Bunu görən valideynlər hədsiz sevinirlər, lakin həkimlər bunun adi refleks olduğunu söyləyir və qızcığazın həyatda olmadığın əminliklə vurğulayırlar.
Kədərli ana Ceymini bərk qucaqlayır və Ceymi yenidən nəfəs alır. Keyt Ceyminin ağzına süd sürtür və bu anda qızcığaz gözlərini açır. Həkimlər tərəfindən ölü kimi qəbul olunmuş və vaxtından 13 həftə tez doğulan körpəni dərhal intensiv terapiya şöbəsinə çatdırırlar. Bir neçə aydan sonra Ceymi sağlam uşaq kimi evə buraxılır.
Musa Dayib (Musa Dayib)
15 aylıq Musa atası və 3 yaşlı bacısı ilə 11 mərtəbəli binanın mənzilində televizora baxırdı. Musanın atası başqa otağa keçəndə Musa bacısının dalınca yerdən 30 metr hündürlükdə yerləşən eyvana qaçır. Bir neçə saniyə sonra Musanın bacısı qışqıraraq atasının yanına qaçır və Musanın eyvandan yerə düşdüyünü xəbər verir. Eşitdiyi xəbərdən şoka düşən ata dərhal balkona qaçaraq Musanı yerdə hərəkətsiz vəziyyətdə görür.
Qızını götürərək həyətə qaçan ata hadisəyə şahid olmuş qonşuların sevinci ilə qarşılaşır, çünki Musa sağ qalaraq ucadan ağlayırdı. Musa dərhal xəstəxanaya çatdırılır. Musanın qabırğa, əl və kəllə sümüyünündən travma almasına baxmayaraq o, tezliklə sağalır.