Hekayəmiz 2006-ci ildə başlayır. Hollandiyalı Kees Veldboer bir təcili yardım sürücüsüdür. Bir gün, son günlərini yaşayan bir xəstəni bir xəstəxanadan digərinə nəql edərkən, xəstə Vlaardingen Kanalını sonuncu dəfə görmək istədiyini söyləyir. Kees, xəstənin bu diləyini yerinə yetirir. Xəstə, günəşə qarşı oturub dənizin qoxusunu içinə çəkib küləyi bədənində hiss edir və gözlərindən yaşlar süzülür.
Kees bu andan çox təsirlənir və bir vəqf yaradır. Qurduğu bu vəqf, yəni Təcili Yardım Dilək Fondu, ölümcül xəstələrin son diləklərini yerinə yetirmək məqsədini daşıyır. Vəqf, bunun üçün xüsusi təchizatlı təcili yardım maşınlarına və xüsusi təhsil almış könüllü çalışan tibbi işçilərə sahibdir. Bu gün vəqfin 230 könüllüsü var və onlar 7000-dən çox xəstənin son diləyini yerinə yetirmişlər! Gündə ortalama 4 diləyi yerinə yetirə bilirlər.
Bu vəqfin yardım etdiyi xəstələrdən yeddisinə dair fotoşəkillərə aşağıda baxa bilərsiniz.
Nəvəsinin toyuna qatılan bir xəstə
Bütün gün delfinləri oynayarkən seyr edən xəstə
Ən sevdiyi Rembrandt tablosunu sonuncu dəfə görməyi diləyən bir xəstə
Sevdiyi şəxslə sonuncu dəfə dondurma yeyən xəstə
Ən yaxın dostunun məzarını ziyarət edən xəstə
İllərlə birlikdə olduğu zürafələri son dəfə görmək istəyən zoopark işçisi
Okeanı sonuncu dəfə görmək istəyən xəstə
Kees, xəstə insanların çoxunun son diləklərinin demək olar ki, gündəlik, adi şeylərdən ibarət olduğunu söyləyir. Bu bizə bir dərs olmalıdır bəlkə də … Arada bir, bu cür kiçik xoşbəxtliklərin dəyərini bilsək doğru bir şey etmiş olmazmıyıq?