Tək ediləsi lazım olan iş şirkətin sizin vərdişlərinizi izləməsi və “ölümdən sonra ictimai həyatdan qopmamanız üçün” mesajlarınızı indidən hazır etməsidir.
Ölümdən sonra həyata inanır və bu dünyadan getməyinizə baxmayaraq virtual dünyada varlığınızın davam etməsini istəyirsinizsə bir yolunu tapa bilərsiniz.
Amerikada bir firma, “öldükdən sonra da tweet atma xidməti” vermək üçün hazırlıq görməyə başladı.
‘_LivesOn’ Adındakı xidmət şirkəti, bəyəndiklərinizi, sevdiyiniz şeyləri siz sağkən qeyd etməyə və təsnifləndirməyə başlayır.
Xidmət, siz tweet təyin edərkən boş dayanmır və sizdən sonrası üçün də mesajlar hazırlamağa başlayır.
Siz sağlığınızda daxil olaraq, ‘tweet’lərinizi müəyyən bir nizama da qoyabilərsiz.
Firma, həyatla vədalaşdıqdan sonra sizin adınıza tweet atmağa başlayaraq, sizi “ictimai” olaraq həyatda tutmağa davam edəcəyini söyləyir. Eyni firmanın, Facebook hesabları üçün də bənzər xidmət vermə məqsədi var.
Şirkətin şüarı isə belədi: “Ürəyiniz atmadığı zaman da tweet atmağa davam edin”.