1. Oğlanlar yemək bişirməyi sevmirlər və yalnız çıxılmaz vəziyyətdə qaldıqda yemək bişirirlər.
2. Subay oğlanların yarısından çoxu 27 yaşına kimi valideynləri ilə birlikdə yaşayırlar.
3. Yaxın hiss etdiyiniz oğlana video-kamera hədiyyə etmək fikrinə düşmüsünüzsə, unutmayın ki, ən pis vəziyyətdə (vanna, tualet, qarderob, mətbəx və s.) lentə alacaqlar 🙂 .
4. Oğlanların əksəriyyəti hesab edir ki, evlilik üçün ən ideal yaş həddi 25-30 yaşlar aralığıdır, lakin, onların 50 %-i daha erkən yaşda evliliyə qədəm qoyur.
5. Oğlanlar qızlara nisbətən daha diqqətli olurlar. Buna görə də müxtəlif ixtisaslar üzrə peşəkarların əksəriyyəti oğlanlar olur.
6. Oğlanların əksəriyyəti üstün tutduqları gözəlik xüsusiyyətlərini (saç, boy,dəri,fiqura və s.) açıq elan etsələr də onların seçimi həmişə gözlənilməz olur.
7. İnternet-mağazalarda alış-veriş edənlərin əksəriyyəti subay oğlanlardır.
8. Subay oğlanların 66 %-i arzuolunan ideal yarısının axtarışındadır.
9. İdman bədən görünüşlü oğlnlar adi bədən quruluşuna sahib oğlanlara nisbətən daha çox qısa, məsuliyyətsiz münasibətlərə meylli olurlar.
10. Heç vaxt cəmiyyət içərisində olarkən bir oğlana nəyisə öyrətmək və ya başa salmaq olmaz. Bu onun xətrinə dəyə, utandıra bilər. Belə mövzular yalnız tet-atet üçün nəzərdə tutulub.
11. ”Biz ciddi söhbət etməliyik” ifadəsinə bütün oğlanlar nifrət edir.
12. Oğlanlar özünəməxsus şəkildə həssas olur. Onların həssaslığı hər hansısa bir işi yerinə yetirə bilmədikdə və yaxud həmin iş yarımçıq qalanda özünün biruzə verir, çünki onlar o zaman özlərini günahkar kimi, yarıtmaz kimi hiss edirlər.
13.Oğlanların əksəriyyəti zəng etməyə üstünlük verir nəinki sms yazmağa.
14. Oğlanların əksəriyyəti mağazalara, uzunmüddətli şoppinqə nifrət edir.
15. Bir kişi qadın üçün özü nahar hazırlayıbsa, onun həmin qadınla olan münasibətlərinə yanaşması ciddidir.
16. Oğlanların ¼-i acı həqiqətdən çox şirin yalana üstünlük verirlər. Səbəbi sadədir: kimisə üzüb özlərini günahkar hiss etmək istəmirlər.
17. Dörd oğlan bir yerə yığışanda idman haqqında söhbət edirlər.
18. Dörd qız bir yerə yığışanda oğlanlar haqqında söhbət edirlər.
19. Oğlanlar qızlara nisbətən daha sentimentaldırlar.
20. Tənha oğlanların 33%-i ilk baxışdan sevgiyə inanır.
21. Əgər oğlan sizə zəng etmirsə, bu o demək deyil ki, o, nömrəni itirib və ya unudub zəng etməyə, sadəcə zəng etmək istəmir.
22. Oğlanlar məğlubiyyətə nifrətlə yanaşırlar, məğlubiyyəti yaşamaq onlar üçün olduqca çətindir.
23. Bir oğlan nə qədər gənc olarsa, onun hərəkətləri o qədər də impulsiv olar.
24. Oğlanlar komplimentləri, tərifləri daha böyük sevinclə qarşılayır. Çox güman ki, qızlardan daha az tərifləndiyinə görə.
25. Oğlanlar əksəriyyət hallarda özlərinə əmin olurlar, çünki özlərini qəhrəmanlarla müqayisə edərək böyüyüblər. Qızlar isə əksinə olaraq daha çox kompleksli olurlar, çünki barbi ilə böyüyüblər.
26. Qızlardan fərqli olaraq oğlanlar yaxşı-pis hər şeyi tez unudurlar.