Demək olar ki, çoxumuz oturaq işlə məşğuluq və bunun bədənimizə o qədər böyük zərərləri var ki, saymaqla bitməz. Napalım, ekmek parası? 😀
Əgər problem varsa, əlbəttə həlli də var. Bunun üçün nələr etmək lazımdır? Bunları sizin üçün bir araya gətirdim. Sağlamlığımızın qeydinə qalmaq üçün ən effektiv 5 həll yolu:
1) Gün ərzində bacardığınız qədər çox hərəkət etməyə çalışın. Məsələn hər 10 dəqiqədən bir başınızı hərəkət etdirə bilərsiz. Sizə lazım olan şeyləri özünüzdən daha uzağa qoyun. Ən azından onları alarkən, hərəkət etmiş olacaqsınız. Önəmli olan hərəkət etməkdir. Az və ya çox heç fərq etməz- önəmli olan bacardığımız qədər çox hərəkət etməkdir.
2) Nahar fasiləsində gəzin, təmiz havada vaxt keçirməyə çalışın, çünki oturaq iş, həm də havasız ofis deməkdir. Havasız ofis həm də depresiyaya səbəb ola bilir.
3) Gün ərzində 8 stəkan su için. Bu sağlamlığınız üçün çox önəmlidir. Həm də sizə enerjili olmaqda kömək edəcək. Səhər limonlu su içmək çəkinizi balanslaşdırmaq üçün önəmlidir. Əgər çəkinizdə hər hansı artımı hiss edirsizsə, o zaman gec olmadan onlardan qurtulmağınız lazımdır.
4) Yeməyinizdə tərəvəzlərə daha çox yer ayırın. Yanınızda hər zaman meyvə olsun. Çox məşğul olduqda yeməyə diqqət etmirik. Nə gəldi yeməməyimiz üçün sağlam qidaları ətrafımızda bol tutmalıyıq. Bunlar meyvələr, tərəvəzlər ola bilər. Əslində onları da günün xüsusi saatlarında yeməliyik, ancaq çox diqqət edə bilmiriksə, şirniyyatdansa meyvə-tərəvəz daha yaxşı seçimdir.
5) Oturaq işdə ən çox qarın ətrafında piylənmə əmələ gəlir. Bunun üçün bacardığınız qədər çox gəzin. Məsələn, işdən evə piyada getmək necə fikirdi? Mən bunu çalışıram ki, ən az 10 gündə bir dəfə edim. Çox yorulursan, amma həm də gümrahlaşırsan. Havalar bir az da isinsin, bu lap zövq verici olacaq!
Velosiped sürmək də əla fikirdir! Həftədə bir dəfə velosiped sürmək və ya üzgüçülüyə getmək sağlamlığınız üçün çox xeyirli olacaq. Həftə boyu passivləşsək belə, həftəsonunda özümüzə və bədənimizə mütləq vaxt ayırmalıyıq.
İş hər birimiz üçün çox önəmlidir, ancaq unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir. Bu səbəbdən də özünüzün, sağlamlığınızın qeydinə qalın. Hər birimizə bütün işlərimizdə uğurlar!