Demək olar ki , bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində keçirirlər. Iş  və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik, və nəhayət pul qazanırıq, amma təəsüf ki, məhz iş sağlamlıq problemlərimizin dolayı və birbaşa səbəbidir.

    Bu məqalədə mən iş prosesinin düzgün təşkil olunmaması səbəbindən meydana gələn piylənmə probleminə toxunmaq istəyirəm. Təəsüf ki, iş fəaliyyətimlə bağlı bu problemlə demək olar ki hər gün qarşılaşıram.

    İlk öncə piylənmənin yol açdığı xəstəlikləri gözdən keçirək ki, məsələnin ciddiyətini anlayaq və sağlamlığımıza biganə qalmayaq:

    Şəkərli diabet

  • Hipertoniya
  • Ürək-damar xəstəlikləri
  • İnsult
  • Mədə-bağlırsaq xəstəlikləri
  • Bəzi  onkoloji xəstəliklər (qadınlarda süd vəzisi xərçəngi , kişilərdə yoğun bağırsaq və prostat xərçəngi kimi)
  • Qaraciyər yağlanması
  • Tənəffüs sistemi  problemləri
  • Oynaq xəstəlikləri
  • Polikistik over sindrom ( menstrual tsiklin pozulması)
  • Cinsi istəkdə azalma, erektil disfunksiya
  • Podaqra
  • Xroniki böyrək xəstəlikləri
  • Deri xəstəlikləri
  • İntihara qədər gətirib çıxaran depressiyalar və psixososial problemlər



Bəs nə edək ?
 “Ofis piylənməsi”nin qarşısını necə alaq?  Problemin analizi üçün ofis işçisinin bir gününü izləmək kifayət edir.

    Səhər çətinliklə oyanırıq, işə gecikirik deyə səhər yeməyi yemədən evdən çıxırıq və təbii ki, tərslikdən mi , qəsnən mi hərkəsin sevdiyi “şirniyyat evi” yolumuzun üstündədir. Beləliklə, geçikmiş səhər yeməyi şirniyyatla çaydan ibarət olur.

    Bir az işlədikdən sonra tərslikdən yenə aclıq hissi yaranır. Dolabda isə şokolad və kurabiyə sizi gözləyir. Nahar vaxtı çatanda isə , şirkətin mətbəxinnən bezmiş oluruq, küçəyə çıxıb yemək axtarmağa isə həvəs olmur. Nə edək? “Köməyə” yaxınlıqdaki fast-food gəlir. Və naharı ordan sifariş verirsiz. Nahardan sonra işçilərdən  birinin ad günü qeyd olunur, tortun dadına baxmamaq olmaz. Ağır və yorucu iş gününün sonunda isə evdə önümüzə gələn hər yeməyi yeyirik, davamında isə televizor önündə atışdırmağa davam edirik və yatırıq. Təəssüf ki, müasir ofislər insanların yüksək kalorili və sağlıqsız qida qəbul etdiyi yerə çevrilib. Konfetlə çay, kurabiyə, sendviçlər – ofis işçisinin yemək kompensasiyasıdır.  Və sonda artıq çəkini hesablamaq vaxtı gəlib çatır. Buna görə də piylənmə ofis işçilərinin xəstəliklərində birinci sıradadır. Bundan başqa oturaq iş piylənmənin yaranma riskini iki dəfə artırır. Piylənmədən əziyyət çəkən insanlarda  isə yuxarıda sadaladığım xəstəliklərin yaranma riski artır.

    Növbəti etapda qarınlı menecer  və mütəxəssislər əsəbi vəziyyətdə internetdə dəbli dietalar, məhşuların arıqlama üsüllarını axtarırlar. Nəticə: aclıq-aqressiya-depressiya-“dözmədik”.

    Bu qədər “başarılı” arıqlama üsulları və məhşur diet siyahıları var ikən, bu problemi çözə bilməyən insanlar hardandır? Və xəstəliklərin cavanlaşma səbəbi artıq çəki deyildə nədir?

    Artıq çəkinin gətirdiyi,  bəzən ölümcül olan xəstəlikləri görmürük mü, yoxsa iradəmizə hakim olub bu xəstəliklərə yaxalanmamağı bacarmırıq mı?

    Halbuki, işdə cox vaxt keçirsək belə, nəinki piylənmənin qarşısını ala bilərik, hətta artıq çəkidən azad ola bilərik. Düzdür sağlam həyat tərzi üçün hərkəsə eyni menü və plan təqdim etmək qeyri-professional olardı. Insanlar bir birilərindən çəkisi, boyu, cinsiyyəti, yemək mədəniyyəti, yanaşı xəstəlikləri ilə fərqlənirlər və bu qədər fərqliliyin içində eyni dietanın hər kəsə eyni səviyyədə faydalı olacağını düşüncəsi yalnışdır. Qidalanma planı individual olaraq tərtib olunmalıdır, amma ümumi qəbul olunmuş qaydalar var ki, bunlara hərkəsin riayət etməsi məsləhət görülür. Belə olduğu halda siz öz həyatınızı dəyişərək, karyeranızda yüksəlməklə yanaşı, sağlamlığınızı da qoruya bilərsiz.

 

     Beləliklə:

  • Günə bir stəkan su ilə başlayın
  • Səhər yeməyinizi evdə yeyin
  • Evdən çıxarkən özünüzlə meyvə götürün ( quru meyvə də ola bilər)
  • Əgər imkan varsa naharınızı ofisə sifariş verməyin, özünüz yaxındaki kafeyə gedin
  • Əgər işdən ayrılmaq imkanınız yoxdursa sifariş verdiyiniz yeməyin az kalorili olmasına diqqət yetirin. Pizza və qamburgerdənə, kabab yeməyiniz məsləhətdir.
  • Hər 15-20 dəqiqədən bir masadan qalxmağa çalışın
  • Çay, qəhvə və digər içkilərin yerinə su için. Hətta özünüzə gözəl bir qrafin alıb günün sonunadək onu boşalda bilərsiniz. Çay saatlarında bitki çayı içməyiniz daha məqsədə uyğun olar, həm stresinizi azaldar, həm də immun sisteminiz gücləndirməyə kömək edər.
  • Əgər hər hansı bir sənədə ehtiyacınız varsa, masadan qalxıb o sənədi özünüz götürün. Və telefonla həll edə biləcəyiniz sualları belə, qalxıb özünüz iş yoldaşınızdan soruşun
  • Liftdən istifadə etməyin
  • Işə avtomobillə gəlib gedirsinizsə, avtomobilinizi ofisdən aralı park edin. Ofisə qədər gəzdiyiniz 10-15 dəq məsafə metabolizminizi sürətləndirəcək və özünüzü gün ərzində daha gumrah hiss etmənizi təmin edəcəkdir.
  • Dolabınıza tez xarab olmayan qidalar qoyun. Məsələn, quru meyvələr və çərəzlər ola bilər. Bu qidalar maddələr mübadilənizi gücləndirər və növbəti yemək saatında daha az qida qəbul etmənizi təmin edər.
  • Əgər toplantıdasınızsa və yemək yemək imkanınız yoxdursa, o zaman südlü kofeinsiz qəhvə seçim ola bilər.
  • Naharda yüksək qlisemik indeksli qidalardan uzaq durun. Məsələn, ağ çörək, düyü, makaron yerinə, çovdar və kəpəkli çörək, bulqur, qarabaşağa üstünlük verin.
  • Meyvə şirələrindən uzaq durun
  • Axşam saatlarında meyvə yeməyin
  • Saat 20.00a dək şam yeməyinizi bitirmiş olun

     Sonda əlavə etmək istərdim ki, karyera və pul əlbəttə vacibdir, amm həyatda heçnə və heçvaxt sizin sağlamlığınızdan daha vacib ola bilməz…