Şəkildə gördüyünüz adam Avstraliyada yaşayan Don Riçi adlı şəxsdir. Onun yaşadığı evdən The Gap burnuna gözəl mənzərə açılır, lakin bu gözəllik ilk baxışdan aldadıcıdır. Belə ki, bu hündürlükdən tullanaraq intihar edənlərin sayı çoxdur. Don Riçi həyatı boyu intihar etmək istəyən 400-ə yaxın şəxsin həyatını xilas edə bilib. Özü də çox sadə şəkildə. Onları evinə bir fincan çay içməyə dəvət etməklə. Bu hərəkətinə görə yerli camaat onu “qoruyucu mələk” adlandırır.
Aşıla bilməyən problem, həll olunmayan çətinlik yoxdur. Yetər ki, çalışasan, səbr edəsən.