Dünyanın əsrarəngiz ölkələrindən biri, hətta bəzi şəxslərə görə birincisi Norveçdir. Təbiəti, şəraiti və bir çox keyfiyyətləri ilə diqqət mərkəzində olan ölkədir. İndi isə keçək Norveç haqqında maraqlı faktlara.
• Norveçin rəsmi adı “Kongeriket Norge” adlanır, yəni Norveç Krallığı.
• Norveç sözü Nordweg sözündən yaranmışdır, mənası “şimali yol”deməkdir. Ölkənin rəsmi simvolu şirdir.
• Pendir dilimləyici ləvazimat ilk dəfə 1925-ci ildə Norveçdə kəşf olunmuşdur.
• Norveç ərazisində yeganə aktiv vulkan Beerenberg‘dir. Vulkan Jan Mayen adasından 2.227 metrdə yerləşir.
• Laerdal Tuneli dünyanın ən uzun yol telidir, uzunluğu 24.5 km’dir.
• Norveçdə alkaqollu içkiləri ancaq Vinmonopolet adlı mağazalardan ala bilərsiniz. Hər şəhərdə 2 yerdə yerləşir, kəndlərdə isə heç yoxdur.
• Hal-hazırda istifadə olunan dəmir qablı aerozol spreyini ilk dəfə norveçli Erik Rotheim ixtira etmişdir. 8 oktyabr 1926-cı il tarixində patenti alınmışdır.
• Londonun Trafalqar Meydanında qurulan “yeni il” ağacı 1946-cı ildən etibarən Norveçdən gətirilir.
• Norveçdə televizor sahibi olmaq fikrinizdən keçirsə, 480.66 dollar məbləğində lisenziya haqqı ödəməli olacaqsınız.
• Dünyada ən çox qızılbalıq ixrac edən ölkə Norveçdir.
• Grandiosa dondurulmuş pizza Norveçin qeyri-rəsmi milli yeməyi hesab olunur.
• 1994-cü ildən etibarən Norveç Avropa Birliyinin rəsmi üzvü deyil.
• Norveç dünyada ən çox neft ixrac edən ölkələrdən olsa da, dünyada ən bahalı benzin satışı Norveçdədir, 9.79 dollar.