Yer səthinin 71%-i sudan ibarətdir, lakin buna baxmayaraq su qıtlığı ciddi problemdir. Çünki planetimizdəki suyun 97%-i duzlu dəniz suyudur, sadəcə 3%-i istifadəyə yararlıdır. Bu da, getdikcə tükənir və kifayət olmur… Su sadəcə hidrogen və oksigen atomlarının birləşməsindən əmələ gəlir. Planetimizdəki ən bol elementlərdən biri isə oksigendir! O zaman niyə bu elementləri laboratoriyada birləşdirib su əldə etmirik?

Su hazırlama problemi
Hidrogen və oksigen atomlarını birləşdirmək qulağa asan gəlsə də, bu düşündüyümüz qədər asan deyil, çünki hidrogen və oksigeni birləşdirdikdə müthiş böyüklükdə enerji ortaya çıxır.
Hidrogen dünyadakı ən sadə elementlərdən biridir. Orbitində cəmi bir elektron var. Oksigenin isə ətrafında 8 elektron var. Oksigen 2 valentli olduğu üçün elektronların sayı səkkizə qədər yüksələ bilər. Yəni hidrogen atomları oksigendəki bu boşluq sayəsində birləşə bilər, lakin bu iki elementin bir araya gəlməsi öhdəsindən gəlməli olduğumuz enerji divarı ortaya çıxarır.

Hidrogen yüksək yanıcılıqda bir qazdır, oksigen isə onu bu mövzuda dəstəkləyir və beləcə, böyük miqdarda enerji ortaya çıxır. 1937-ci ildə meydana gəlmiş Hindenburg fəlakətində olduğu kimi… Buradakı kimyəvi reaksiya ölümcül bir partlayışa səbəb olan enerji ortaya çıxarmışdır.

Hindenburg
Hindenburg ABŞ səmasında

Hindenburg nədir?
Almaniya istehsalı olan Hindenburg, eyni ilə Titanik kimi lüks restoranlara və komfortlu kameralara sahib idi. O, dörd ədəd dizel motorla işləyən böyük bir dirijabl idi (zeplin və ya hava gəmisi). 230 metrlik gövdəsi ilə səmada uçan nəhəng bir gəmi! Almaniyadan Amerikaya uçuşu zamanı 36 sərnişin və 27 heyət işçisi var idi. Zeplin havada tərkibindəki hidrogen sayəsində qala bilirdi, çünki hidrogenin çəkisi havanın çəkisidindən azdır! Havadan daha yüngül hava gəmisi idi zeplinlər…

Hindenburg, Nyu Cersi əyalətinə enişi zamanı statik elektrik yığılması sayəsində alovlanır və zeplində yanğın başlayır. Alovlanma sayəsində hidrogen ilə zeplinin ətrafındakı oksigen sürətli şəkildə reaksiyaya girirlər. Partlayışa səbəb olan böyük enerji ortaya çıxır, eyni zamanda isə su əmələ gəlməyə başlayır. Bu partlayış, zeplinlərin tarixini sonlandırır. Gəmidəki hər kəs bütün işçi heyəti ilə birlikdə həyatını itirir.

Bəs hər hansısa bir həll mümkündürmü?
Laboratoriyada su almaq üçün lazım olan şərait iqtisadi baxımdan mümkün deyil, lakin buna alternativ bir həll var. Mövcud olan texnologiya ilə su hazırlanmağın praktik üsulu mövcuddur. Havadakı su buxarından su əldə etmək mümkündür. Bunun üçün soyudulmuş metal lövhələr istifadə edilir. Havanın istiliyi bir anda düşür. Havadakı su buxarı qatılaşaraq maye halına gəlir. Şəkildə gördüyünüz Whisson dəyirmanı gün ərzində 12 min litr su əldə edə bilir.

whisson dəyirmanı

Lakin su əldə etmək mümkün olsa da, heç də asan deyil. Bu səbəblə hələ də sahib olduğumuz suyu qorumaq bir fərd olaraq edə biləcəyimiz yeganə çıxış yoludur!