Ana səhifə Faydalı Niyə kivini qabığı ilə birlikdə yeməliyik?

Niyə kivini qabığı ilə birlikdə yeməliyik?

1904

Kivinin qabığını soymaqla nələri itirdiyinizi öyrənməyə hazırsınız? Elə isə, getdik!

Kivinin qabığının faydası nədən ibarətdir?

Hər kəs bilir ki, kivi az kalorili və çox faydalı meyvədir, ancaq bir çoxları kivinin faydasının əsasən qabığında olduğunu bilmir:

1. Liflər. Qabığın tərkibində olan liflər qanda xolesterinin miqdarını endirir. Qeyd etməliyik ki, qabıqda liflərin miqdarı 50% daha çoxdur.

2. E və C vitamini. Sözü gedən vitaminlər yaraların və çapıqalrın tez sağalmasına səbəb olur və dərini gözəlləşdirir. Bundan əlavə E və C vitaminləri güclü atioksidan olduğu üçün azar radikalları neytrallaşdırma gücünə sahibdirlər. Bu isə o deməkdir ki, E və C vitaminləri həm sağlamlıq və gənclik deməkdir.

3. Folium turşusu. Bu turşu əhval ruhiyyəni qaldırır. Xüsusilə hamilələr üçün bu turşu olduqca faydalıdır, çünki folium turşusu embrionun sağlam inkişafına kömək edir.

Bəs siz kivini qabığı ilə birləkdə yeyirsiniz?