Dərimizin altına mürəkkəblə edilən və pigmentlərimizin boyanması ilə qalıcı hala gələn “döymə” son zamanlarda yüksələn trendlərdən biridir. Tatu, ilk dəfə 1700-cü illərdə Samoa Adalarındakı yerlilər tərəfində “tatau” adlandırılaraq ortaya çıxmışdır. Samoa yerliləri üz və bədənlərinə hər kəsin özlərinə xas xarakter xüsusiyyətlərini əks etdirən qalıcı naxışlar edərək döymə mədəniyyətini başlatdılar. İlk döymə fikri də təxmin etdiyiniz kimi tamamilə “şəxsiləşdirmək” və “fərqliləşmə” fikirlərindən törəmişdir, sevgili Bildirchin.az oxucuları…
Amerikada 2010-ci ildə “Pew Research Center” tərəfindən edilən bir araşdırmanın nəticələrinə görə Amerika əhalisinin 38%-nin ən az bir ədəd qalıcı döyməsi vardır. Təəssüf ki, ölkəmiz üçün belə bir araşdırma tapa bilmədik. Eyni araşdırma nəticələrindən belə maraqlı məlumatlar da ortaya çıxmışdır:
• Döyməsi olan insanlara dair “ilkin təəssüratlar”; bu insanların daha macəraçı, daha az qaydalara uyduqları istiqamətindəymiş.
• Döyməsi olan insanlar özlərini daha cazibədar gördükləri müşahidə edilmişdir.
• Döyməsi olan insanların daha çox risk alma meylində olduqları müşahidə edilmişdir.
• Döyməsi olan qadınların, döymələrini sildirmə ehtimalları kişilərinkindən iki dəfə çoxdur.
Tatu mövzusunda çəkilmiş sənədli filmlərdə istifadə olunan ən təsirli aşağıdakı cümlə, insanların nə üçün döymə etdirdiklərini ən gözəl şəkildə açıqlayır; “Bu döyməni bədənimdə istəyirəm, acı çəkməyə də hazıram və qalıcı olacağını qəbul edirəm.”
Bizi fərqləndirən “Fərdi” döymələr – döyməni kəşf edən Samoa adası yerliləri kimi biz də özümüzü, bizə aid, digərlərində olmayan yeganə xüsusiyyətlərimizi vurğulamaq üçün döymə etdiririk. Adımız, ləqəbimiz, uğurlu rəqəmimiz, bürcümüz, doğum tariximiz kimi yalnız bizə məxsus olan şeyləri döymə etdiririk. Ümumiyyətlə “fərdi” döymə etdirənlərin daha uzun müddət döymələrinin dizaynı, yeri və hansı tatu ustasına etdirəcəkləri kimi mövzulara baş yorduqları müşahidə edilmişdir.
Əhəmiyyətli anlayışları xatırladan döymələr – Gəldiyimiz yeri, həyatdakı prinsiplərimizi, yaşadığımız şəhərin ən sevdiyimiz simvolunu, yaşadıqlarımızdan aldığımız dərsləri, varsa həyat motto’muzu, sevdiyimiz liderləri təmsil edən yazı və rəsmlər ən çox istifadə edilən döymə fikirləri arasındadır. Bir çox döyməyə sahib olan Johhny Depp deyir ki, “Bədənim mənim gündəliyimdir və döymələrim mənim həyat hekayələrimdir. “Johhy Depp kimi biz sıravi ölümlülər də öz həyat hekayələrimizi bədənimizə qalıcı bir şəkildə həkk etməkdən xoşbəxtlik duyuruq.
Sevgini və sevdiklərimizi bədənimizə daşıyan döymələr – Həyatda olan və ya olmayan sevdiklərimizi, sevgimizi, ailəmizi də bədənimizə qalıcı bir şəkildə həkk etmək ən sevilən döymə fikirləri arasındadır. Rəsmləri, adları və ya onlarla bir xatirəmizin izahı ola bilər. Ümumiyyətlə qarşılıqlı etdirilən bu döymələr də ən çox üstünlük verilənlər arasındadır, ancaq burada yaxşı düşünməkdə fayda var, yoxsa özümüzü bir dermatoloq ofisində döymə çıxaran lazer aparatının ağrılı qollarında görə bilərik.
Estetik gözəllik qatan minimalist döymələr – Ümumiyyətlə qızlara yaraşan bu döymələr, qadın bədəninin estetik olan hissələrini daha da vurğulamaq üçün istifadə olunur. Ayaq biləyi, bel oyuğu, boyun və omba kimi estetik bölgələrə edilən minimal döymə dizaynlarının çox cazibədar olduğu mövzusunda geniş bir fikir birliyi var. Tumblr, Instagram, weheartit kimi məcralarda bu cür döymələrə milyonlarla nümunə tapa bilərsiniz.
Mafiya və həbsxana mədəniyyəti döymələri – Çox çətin şərtlərdə, lazımlı avadanlıq olmadan belə döymə edildiyini sübut edən bir döymə növü də mafiya və həbsxana döymələridir. İnsanların, aid olduqları qrupları və həyat hekayələrini izah edən bu qaranlıq döymə növü də olduqca dərin və zəngin bir mədəniyyətdir. Ən çox yayılmış həbsxana döyməsi gözün altına edilən göz yaşı şəklindəki döymədir. Mənası isə o adamın birini öldürmüş olduğuna işarədir. Bu döymənin keçmişi isə Chicago’lu qrupların Kaliforniyada qurduqları şəbəkələrə qədər söykənir.