Gündəlik — Ən möhtəşəm eşq hekayəsinin kitabı, digər sevgi romanlarını kölgədə qoyan əsər.
Nikolas Sparks bir çox romantik məzmunlu kitabların müəllifi olsa da, onun bu əsəri insana daha fərqli duyğular yaşadır. Kitabı oxuyarkən o sehri sizin də hiss edə biləcəyinizdən əminəm. Əsər haqqında müəyyən qədər təsəvvür yaratmaq üçün seçdiyimiz sətirləri sizinlə paylaşıram.
Özəl biri deyiləm mən, bu dəqiqdir. Adi fikirlərə sahib adi adamam və adi həyat yaşadım. Mənə ithaf olunmuş bir abidə yoxdur və tezliklə adım da yaddaşlardan silinəcək, amma yenə də bütün ruhum və qəlbimlə bir insanı sevdim və bu qədəri mənim üçün hər zaman bəs idi.
Bəlkə, sadəcə bəlkə, möcüzə qalib gələr.
Nə isə yaradarkən hiss etdiyim azadlığı, gözəl bir şey etməyin mənə qazandırdığı duyğuları sevirəm.
Sanki səni buralardan alıb aparması üçün onun bir anda ortaya çıxmasını gözləyirsən…
Ona qarşı hiss etdiyi sevgidən əslində heç vaxt vaz keçmədiyini anladı və bunun öz qisməti olduğunun fərqinə vardı.
Səbir heç vaxt onun güclü xüsusiyyətlərindən biri olmamışdı.
Məncə, hər kəsin xəyal etdiyi idi bizim yaşadığımız.
Sənə aşiq olmağı planlamadım və sənin də planladığından şübhəliyəm. Amma ilk tanış olduğumuz gün ikimizin də başımıza gələcəkləri idarə edə bilməyəcəyimiz gün kimi aydın idi.
Həyatımızdakı fərqliliklərə rəğmən sevdik və sevdiyimiz anda nadir rast gəlinən, xariqüladə bir şey çıxdı ortaya.
Düşünürəm ki, o yay səni bir insanı sevə biləcəyimdən daha çox sevdim.
Çünki ruhlarımız sonsuzadək birlikdə olmalıdır.
Səni başqasını sevərkən düşünmək istəmirəm.
Bir də heç vaxt qovuşa bilməsək və bu gerçək vidalaşmadırsa, bir başqa həyatda yenə bir-birimizə aid olacağımıza şübhəm yoxdur.
Sən bu günə qədər etdiyim duaların cavabısan. Sən bir mahnı, bir xəyal, bir fısıltısan və sənsiz necə yaşayardım, bilmirəm…
Amma bir şeyi bilməyini istəyirəm, o da, nə baş versə də, səni çox sevdiyimdir.
Sevgimin indi sənə köməyi olmayacağını bilirəm, amma əlimdən sadəcə bu gəlir.
Yatdığım yerdə dörd tərəfə çevrilib onun istiliyini axtarıram.
Bir insan imkanı varsa, həyatın dadını çıxarmalı, son günlərini günəşin altında keçirməlidir.
Mənə baxmır, gözlərini görə bilmirəm. Düşüncələrini ancaq belə gizlədə bilir məndən. Bəzi şeylər heç vaxt dəyişmir.
Bir bütünün parçası olan iki insan bir-birlərindən ayrı, eyni anda var ola bilməzlər.
Onu qucaqlamaq mənim üçün öz ürək döyüntülərimdən daha təbii idi.
Burada səninlə birlikdəyəm, çünki olmalı olduğum yer buradır.
Ağrını azaltmaq üçün mən də cavablarımı qısaltdım.
Bir əlində mən, digər əlində isə verdiyim çiçəklər.
Ürəyimdə qəlbimin sənə aid olduğunu əvvəldən bilirdim.
Sənin yerinə başqasını düşünəndə çox böyük axmaqlıq etdiyimi anladım.
Dünyada ona bənzəyən birinin var olduğu ağlıma belə gəlmirdi.
– Nədən qorxdun?
– Yaşadıqlarımızın düşündüyüm qədər gerçək olmamağından. Məni unutmağından.