Ötən yazıların birində Nikola Teslanın bioqrafiyası haqqında yazmışdıq. Bu dəfə də sizə dahi fizik haqqında 10 maraqlı faktı təqdim edirik.
- N. Tesla 1884-cü ildə ABŞ-a ilk dəfə gələndə Tomas Edisonla işləməyə başlayır. O zaman Edison lampanı yeni kəşf etmişdi və onun paylanması üçün yeni bir sistem yaratmağa çalışırdı. Bu barədə Tesladan kömək istəmiş Edison uğurlu olarsa ona böyük miqdarda pul verəcəyini söyləmişdir. Tesla sistemi düzəltsə də, Edison vədinə əməl etmir.
- Tesla ilk dəfə elektrikin bir mənbədən ətrafa simsiz və yüksək miqdarda yayıla biləcəyini söyləmişdir. Bir çoxları buna inanmasa da, o, təcrübələrində bunu sübut etmişdir.
- Teslanın xəyalı dünyaya pulsuz enerji paylanılmasını təmin etmək idi. 1900-cü ildə investor Morgan verdiyi 150.000 dollarla Tesla New-York-un Long Island bölgəsində simsiz yayım sistemi “Wardenclyffe” adlı qüllənin tikintisinə başlayır. Bu qüllə dünyanın telefon və teleqraf servislərini əlaqələndirmək üçün inşa olunurdu, ancaq Morgan bunun dünyaya pulsuz enerji paylayacağını bilir və bu işi davam etdirmək istəmir. Əgər Morgan dəstək olsaydı hal-hazırda dünya pulsuz enerji əldə edərdi.
- Ford ilk mator cihazı düzəldərkən Tesla bu qədər böyük matora ehtiyac olmadığını deyir. Lakin, Ford özünü daha bacarıqlı bildiyi üçün Teslaya qulaq asmır. Bundan sonra Tesla dediyi sistemi kəşf edir və Ford onun patentini alaraq mənimsəyir.
- Tesla 1898-ci ildə ilk uzaqdan idarə oluna bilən qayığı nümayiş etdirmişdir. Tamaşaçılar bunu Teslanın beyin gücü ilə etdiyini düşünmüşdülər. Bu kəşf sayəsində hal-hazırda kosmosda cihazlar, süni peyklər və kosmik gəmilər uzaqdan rahat şəkildə idarə edilir.
- Amerikalılar müharibə zamanı almanların sualtı gəmilərini tapa bilmək üçün Edisondan kömək istəmişdir. Həmin vaxt Teslanın enerji dalğalarından istifadə edək fikrinə Edison qarşı çıxmışdır. Bu səbəbdən “radar” adlandırdığımız cihaz 25 il gec kəşf olunmuşdur.
- Nikola Teslanın maraq dairələrindən biri də kosmosda həyatın varlığı olmuşdur. Dünyada ilk dəfə 1899-cu ilin mart ayında şəxsi laborotoriyasından kosmosa səs dalğaları göndərmişdir. Hətta kosmosdan gələn kosmik səs dalğalarının qeydini aparmışdır. Tesla Marsdan və Veneradan radio siqnallar aldığını söyləsə də, mətbuat onun bu idealarını gülünc elan etmişdir.
- Tesla Markorininin kəşfi kimi qəbul edilən radionun kəşfindən 10 il əvvəl bu haqda öz fikirlərini söyləmişdir, yəni, onun kəşfi Teslaya aid idi.
- Tesla 1943-cü il 7 yanvar tarixində New-York hotelində ölü tapılır. Onun bütün sənədlərini ABŞ höküməti götürmüşdür. Bu sənədlər üzərində işlənərək yeni cihazlar, texnologiyalar yaradılmağa davam edir. Hətta bu cihazlar içində ağlasığmaz silahlar da mövcuddur. Şübhəsiz ki, Teslanın kəşflərini silaha çevirə biləcək olan ölkə digərlərindən üstün olacaq.
- Tesla patentləri alınmış 700 kəşflə ən çox patentə sahib olan şəxs kimi dünya tarixində ilk pillədədir. O, həm də Nobel mükafatını qəbul etməmiş yeganə fizikdir.