Narkotik maddələrin qəbuluna qarşı siyasi münasibət və yanaşmalar olduqca müxtəlifdir. Bəzi ölkələrdə qanunvericilik narkotik maddələrin satışını leqallaşdırdığı halda, digər ölkələrdə narkotik maddələrin ölkəyə gətirilməsi sərt tədbirlərlə məhdudlaşdırılıb. Bu sahədə sərt siyasət işlədən ölkələr uyuşdurucu maddələrin bu cür tədbirlər vasitəsi ilə istifadəsini minimuma endirməyin yeganə yolu olduğunu bildirir. Bir qədər sərbəst yanaşma tətbiq edən ölkələr isə uyuşdurucu maddələrin satışını leqallaşdıraraq bu maddələrin qara bazardan çıxmasına və bir çox qanunsuz tədbirlərin azaldılmasına bir səbəb kimi görür. Qanunvericilik tədbirlərinin istiqamətindən asılı olmayaraq istənilən yanaşma bu maddələrin istifadəsini və onların törətdiyi mənfi nəticələrin azaldılmasına yönəlmişdir.
Uruqvay. Uruqvay dünyada təkcə ən kasıb prezidenti ilə deyil (Joze Muxika) həm də uyuşdurucu maddələrin qanunsuz hərəkətinin böyük həcmi ilə məşhurdur. 2012-ci ildə hökümət rəsmi şəkildə yerli marixuananın satışına başlamışdır.
Yamayka. Yamayka dünyada yerli rastafarianlıq hərəkəti ilə məşhurdur. Bu hərəkət insanın ruhsal yüksəlişi və inkaşını təbliğ edir, hansı ki bu hərəkətin əsas rituallarından biri də marixuana çəkilməsidir. Rastafarianlıq hərəkətinin əhatə miqyasının genişliyi yerli hökümətdə uyuşdurucu maddələrə qarşı mübarizə və nəzarəti zəiflətmişdir. Bu səbəbdən də Yamayka höküməti dekriminalizasiyanı tətbiq edir və gələcəkdə qanunları daha da yumşaltmağa çalışır. Hesab olunur ki, Yamayka əhalisinin 10%-dən 70%-ə qədər hissəsi marixuana istifadəçisidir.
Hollandiya. Heç təəccüblü deyil ki, Hollandiya siyahıda yer alıb, çünki Amsterdam dünyanın narkoturizm paytaxtı hesab olunur. Burada müəyyən ölçü və dozalarda uyuşdurucuların satışı leqallaşdırılıb.
Meksika. Haqlı olaraq Meksika dünyada narkotik dövriyyəsinin həcminə görə ilk yeri tutur. Burada ağır uyuşdurucu maddələr olan kokain, LSD və heroin dekriminalizasiya olunub.
Ekvador. 1980-ci ildə ABŞ-da elan olunmuş “narkotiklə müharibə“ siyasətinin bütün ağırlıqları bu ölkənin çiyinləri üzərinə düşür. Amerika tərəfindən yeridilmiş sərt siyasət bir çox Latın Amerikası ölkələrində yumşaldılmağa başlanılır. Ekvador da həmin ölkələrin siyahısına qoşulur. 2008-ci ildə yerli hökümət orqanları narkotiklərdən istifadənin dekriminalizasiyası haqqında qərar qəbul edir. Həmin andan etibarən narkotiklərin şəxsi istifadəsi və saxlanmasına icazə verilsədə, onların satışı qanunsuz olaraq qalır. Ekvador əhalisinə müəyyən kiçik doza və ölçülərdə uyuşdurucu maddələrin saxlanmasına icazə verilir: 10 qram marixuana, ağır uyuşduruculara uyğun olaraq 100 milliqram heroin və 80 milliqram ekstazi.
Arqentina. Arqentina daha bir LA ölkəsidir ki, narkotiklərlə mübarizədə dekriminalizasiya siyasətini seçib. Arqentina höküməti hesab edir ki , yetkin insanların özlərinin qərar vermək hüququ var bu baxımdan. Əgər onların seçimi ətrafındakılara neqativ təsirsiz ötüşürsə , demək insanlar özlərinə uyğun şəkildə hərəkət edə bilərlər.
Portuqaliya. Portuqaliya narkotik maddələrin leqallaşdırılması və liberallaşdırılması münasibətində ilk addım atan ölkələrdən biridir. Məhz Portuqaliya ilk dəfə Avropada dekriminalizasiya siyasətini tətbiq etmişdir. Burada uyuşdurucudan istifadə cinayət kimi deyil, ümumi sağlamlıqla bağlı bir vəziyyət kimi baxılır. Bu cür yanaşma və həbs cəzasının reabilitasiya seansları ilə əvəz olunması ölkədə narkotik maddədən istifadəni və ölüm səviyyəsini aşağı salmışdır.
Xorvatiya. Xorvatiya kimi kiçik ölkənin siyahıda yer alması bir qədər təəccüblüdür, çünki böyük ölkələrə nisbətən kiçik ölkələrdə bu məsələnin həlli yolu tez tapılır. Xorvatiyada uyuşdurucu maddələrə qarşı liberal münasibətin əsas səbəbi buradakı 15-34 yaşlı əhalinin 18.5%-nin böyük həcmdə marixuana qəbul etməsidir. 2012-ci ildə Xorvatiyada narkotik maddələrin fasiləli istifadəsinə icazə verilmişdir. Baxmayaraq ki, uyuşdurucu maddələrin şəxsi istifadəsi və saxlanmasına yumşaq münasibət var onların satışı qadağandır. Xorvatiyada kiminsə üstündə narkotik maddələr tapılsa, o həbs olunmayacaq, lakin həmin şəxs cərimə ödəyəcək və məcburi olaraq reabilitasion müalicədən keçəcək.
Avstraliya. Narkotik maddələrin istifadəsinə Avstraliyada bir çox uğurlu və uğursuz tədbirlərlə səciyyələnir. Baxmayaraq ki, Avstraliya əhalisi marixuananın istifadəsinə görə dünyada ilk sıraları tutur, burada uyuşdurucu həblərin və maddələrin istifadəsi qanunsuzdur. 2001-ci ildə Avstraliyada xüsusi mərkəzlər yaranmağa başladı. Həmin mərkəzlərdə narkotik maddələrdən asılılıq çəkən insanlar gigiyenik cəhətdən təmiz və təhlükəsiz şəkildə özlərinə uyuşdurucu inyeksiyaları vurdura bilərdilər. Oxşar mərkəzlər Avropa ölkələrində də mövcuddur, hansı ki həmin mərkəzlərdə uyuşdurucu asılılığından əziyyət çəkən insanlara həm tibbi , həm də mənəvi dəstək göstərilir.