Nar olduqca faydalı və dadlı meyvədir. Nar çox məhsuldar meyvə olduğu üçün onun bütün hissələrindən istifadə olunur.
Narın faydalı xüsusiyyəti onun kimyəvi tərkibi ilə izah olunur. Narı vitaminlər, minerallar və amin turşularının dəryası adlandırırlar. Narın tərkibindəki minerallara aid edilir: yod , kalsiy , dəmir , maqniy , kaliy. Həmçinin kifayət qədər marqaniz, fosfor, xrom, sera və nikellə zəngindir. Narın tərkibindəki vitaminlərə A , B1 , B12 , B2 , C , E P daxildir. Narın tərkibindəki 15 adda amin turşusu başqa heç bir meyvədə yoxdur. Narın tərkibindəki amin turşularının yarısı at məhsullarının tərkibində mövcuddur. Buna görə də nar vegeterianlar üçün xüsusilə zəruri bir meyvədir.
Nar şirəsi özündə maksimum ölçüdə mineral və vitamin tutur. Nar şirəsindən ağır keçirilmiş virus və infeksion xəstəliklər, əməliyyatdan sonrakı reabilitasiya dövrü və immunitet çatışmazlığı zamanı geniş istifadə olunur. Nar şirəsi anemiya, ateroskleroz, astmanın bir nömrəli dərmanı və profilaktik tədbiridir.
Tərkibindəki təbii antioksidantların hesabına narın antibakterial və antivirus təsiri var. Antioksidantlar ətraf mühitin çirkləndirici faktorların yaratdığı sərbəst radikallar üçün bir baryer funksiyasını daşıyır. Hansı ki, sərbəst radikallar bəd xassəli şişlərin, ürək xəstəliklərinin, Altsqeymer xəstəliyinin yaranmasına səbəb olur.
Nar kökü büzüşdürücü təsirə malik olduğu üçün diareya və kolitin müalicəsində istifadə olunur. Təbii nar şirəsi iştahanı yaxşılaşdırır və bağırsağın mikroflorasını normalizə edir.
Nar diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Nar şirəsinin daimi qəbulu qandakı şəkərin səviyyəsinin kiçik ölçülərdə düşməsinə səbəb olur. Nar şirəsi həmçinin, hipertoniklərə arterial təzyiqi salmağa kömək edir, lakin unutmaq lazım deyil ki, nar kökü və qabığı əksinə olaraq qan təzyiqinin qalxmasına səbəb olur.
Nar çəyirdəkləri ağrıkəsici təsirə malikdir. Xüsusilə də baş ağrıları və menstrual spazmalar zamanı köməyinizə çata bilər. Bunun üçün nar çəyirdəklərinin dəmləməsindən də istifadə etmək olar.
Əksər qadınlara məlumdur ki, nar saç və dərinin sağlamlığı üçün vacib bir elementdir. Nar şirəsinin qəbulu zamanı dərinizdəki sızanaqların , qızartıların və ləkələrin ağarmasını və ümumi dəri vəziyyətinizin yaxşılaşdığını aydın hiss etmək olar.
Narın müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də mövcuddur. Tərkibindəki turşuların yüksək səviyyəsi onun şirəsinin tam şəkildə, heç bir qatqısız qəbulunu məhdudlaşdırır. Təbii nar şirəsini su ilə 1:3 nisbətində qarışdırılmış şəkildə içmək tövsiyyə olunur (sağlam insanlara). Mədə turşuluğu, qastrit və mədə xorası xəstəlikləri olan insanlara nar şirəsi içmək ümumiyyətlə məsləhət olunmur.