1. İmmun sisteminin dəstəklənməsi. 100 qr mandarin C vitamininə olan sutkalıq normanın yarısını özündə birləşdirir. Buna görə də gündə 2-3 mandarini rasionunuza əlavə etsəniz, immunitetinizi gücləndirərək xəstəliklərin inkişafına mane olacaqsınız.
2. Faydalı elementlər. Sitrus meyvələrinin gündəlik qəbulu avitominozun ən yaxşı profilaktikasıdır, çünki sitruslar vitaminlərlə zəngindir. Hətta bəzi mineral maddələr də mövcuddur sitruslarda: fosfor və maqniy.
3. Ləzzətlə arıqlayın. Sitruslar, xüsusilə də qreypfrut özündə piyləri parçalayan və maddələr mübadiləsini sürətləndirən xüsusi elementləri birləşdirir. Buna görə də sitruslar və qreypfrut arıqlamaq üçün həmişə dietoloqlar tərəfinədən məsləhət görülür.
4. Menstrual ağrıların yüngülləşməsi. Menstrual ağrılardan əziyyət çəkirsinizsə, bu problemi mandarin, portağal və qreypfrut yeyərək həll edəcəksiniz, çünki sitrusların tərkibindəki K vitamini ağrıların azalmasına kömək olur.
5. Tənəffüs orqanlarının xəstəliklərinə qarşı. Sitruslar bronxit və astma kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur. Mandarin şirəsi isə bronxları təmizləyən zərərsiz vasitə kimi qəbul edilib. Bunun üçün mandarin şirəsini hər səhər ac qarına qəbul etmək lazımdır.
6. Tonus və bərpa olunma. Qreypfrutlar təkcə arıqlamağa kömək etmir, həm də keçirilmiş stress vəziyyətindən sonra sinirləri orqanizmin ümumi gücünü bərpa edir. İntensiv əqli əməklə məşğul insanlar stressə davamlı olmadıqları üçün mütləq rasionuna sitrusları əlavə etməlidirlər.
7. Cavanlaşma. Sitruslar antioksidantların mənbəyidir. Antioksidantlar bizim gözəllik və gəncliyimizə cavabdeh elementlərdir.
8. Xolesterolun bədəndən ixrac edilməsi. Yapon alimlərinin araşdırmaları göstərmişdir ki, sitrusların rasiona əlavə edilməsi ateroskleroz kimi xəstəliklərdən insanı qoruyur. Bu meyvələrin tərkibindəki xüsusi maddələr xolesterolun qan damarlarında yığılıb bərkiməsinə mane olur.