İndiki dövrdə gözəllik vasitələri o qədər çoxdur ki, seçim arasında qalanda tərəddüd edir, qərar verməyə çətinlik çəkirik. Keçmiş zamanda isə, nənələrimizin barmaqla sayılacaq qədər təbii gözəllik vasitələri vardı. Və onların hamısı effektiv olmaqla yanaşı, həm də hər cibə uyğun idi. Onlardan bir neçəsini sizinlə bölüşürük.
Kəpəkdən azad olmaq üçün aspirindən istifadə edin. Bəli, bəli. Kəpək bir növ göbələk xəstəliyidir və asetilsalisilik asit onun inkişafını dayandırır. Baş dərisini kəpəkdən azad etmək üçün hər dəfə şampununuza 2 əzilmiş aspirin dərmanını əlavə edin və 2 həftə boyunca başınızı bu üsulla yumağa davam edin.
Sızanaqlara qarşı effektiv vasitələrdən biri də limondur. Limon şirəsini və suyu 1:1 nisbətində qarışdırın və problemli yerə çəkin. Dərinizin vəziyyəti 1 gecəyə qaydasına düşəcək.
Ətrin qalıcılığını artırmaq üçün onu soyuducuda saxlayın. Allıq seçərkən dəri tonunuza uyğun allığı seçməyə biləyiniz kömək edəcək. Biləyinizi çimdikləyin. Dərinin aldığı rəng mükəmməl allığınızın rəngidir.