ETHzürich adlı ünvandan istifadə edə biləcəyiniz bir süni zəka app’ı var. Bu səhifəyə daxil olanda fotoşəklinizi yükləyirsiniz və süni zəka, fotoşəklinizi araşdıraraq sizə nə qədər gözəl və yaraşıqlı olduğunuzu söyləyir. Cib telefonundan bu sayta girəcək olsanız dərhal bir selfie çəkib yoxlaya bilərsiniz.
Pisdən yaxşıya sıralanan belə bir bal sistemləri var: “Hmm ..”, “Ok”, “Nice (Gözəl)”, “Hot (Atəş kimi)”, “Stunning (Baş döndürücü)”, “godlike (Tanrısal)”.
Bu layihəyə nə qədər güvənmək olar? Ən azından bunu bilirik: Rasmus Roth, Radu Timofti, Luc Van Gool adlarında, süni zəka sahəsində çalışan üç alim tərəfindən yaradılmışdır. İndi süni zəka proqramından aşağı bal alan izləyicilərimizin ürəklərinə su səpək; üçlünün də qeyd etdiyi kimi cazibədarlıq, subyektiv bir anlayışdır, nəticə nə olursa olsun çox da narahat olmayım. Elə ya da belə, burası dəqiqdir ki, artıq profil fotoşəkillərimizi əvvəl burada test edəcəyik! 🙂