http://imageshack.com/a/img537/6094/9To2qn.jpg

Viv Burdrez (Viv Bourdrez), 5 yaş , Amsterdam. Viv üçün səhəh yeməyi bir stəkan süd, yağla çörək, hansı ki, çörəyin üzərinə müxtəlif şirnili (şokolad, vanil, karamel ) toz səpirlər. Hollandiyanın turizmə aid vebsaytı hollandların gündəlik rasionunda 750 000 çörək dilimindən istifadə etdiyini qürurla nümayiş etdirir. Hollandların sevimli yeməyi olan şirin konditor tozu səpilmiş çörək həmin tozları istehsal edən şirkətləri olduqca məşhurlaşdırıb.


http://imageshack.com/a/img673/1308/Gpx37N.jpg

Emili Katumba (Emily Kathumba), 7 yaş , Çitedze ,Malavi. Emilinin səhər yeməyinə aiddir : qarğıdalı unundan hazırlanmış sıyıq , şirin kartof və boranı ilə qızardılmış piroşkilər . İmkan olanda Emili bütün uşaqlar kimi səhərlər şirin çay içməyi sevir.


http://imageshack.com/a/img909/686/UUbxzS.jpg

Birta Qudrun Brinyarsdottir (Birta Gudrun Brynjarsdottir), 3.5 yaş , Reykyavik , İslandiya. Birtanın “xafraqautur” adlı yulaf sıyığı İslandiyada ənənəvi səhər yeməyi hesab olunur. Həmin sıyıq su və ya süddə bişirilir və adətən qəhvəyi şəkər, kərə yağı , meyvələr və turşumuş südlə birlikdə süfrəyə təqdim olunur. Birta həmçinin hər səhəh balıq yağı qəbul edərək gündəlik D vitamininə olan ehtiyacını ödəyir.


http://imageshack.com/a/img538/8651/KFbwGS.jpg

Filipp Kamtenqo (Phillip Kamtengo) və Şellin Kamtenqo (Shelleen Kamtengo), 4 yaşlı ekizlər, Çitedze, Malavi. Filipp və onun əkiz bacısı günə qarğıdalı unundan hazırlanmış şirin çörəklə başlayırlar. Əkizlərin və onların bacı-qardaşlarının səhər yeməyinə həmçinin şirin qara çay və kartof soyutması da daxildır.


http://imageshack.com/a/img910/6007/RWjNso.jpg

Natanel Vitşi Pikar (Nathanaël Witschi Picard), 6 yaş , Paris. Onun adi məktəb günündə səhər yeməyi kivi , tartin, qarağat mürəbbəsi ilə yaxma , bir stəkan təzə sıxılmış portağal suyu və süddən ibarətdir.


http://imageshack.com/a/img538/1718/5yDHVi.jpg
http://imageshack.com/a/img674/4628/md76MO.jpg

Arisiya Dominika Ferreyra (Aricia Domenica Ferreira), 4 yaş və  Xakim Xorxe Ferreyra Qomes (Hakim Jorge Ferreira Gomes), 2 yaş San Paulo, Braziliya. Arisiyanın çəhrayı fincanında şokoladlı süd, qardaşının fincanında isə kofe var. Braziliyalı valideynlər hesab edirlər ki,  kofe uşaqlara məktəbdə diqqətini toplamağa kömək olur. Buna görə də burdakı uşaqlar hələ kiçik yaşlarından kofe içməyə vərdiş edirlər.


http://imageshack.com/a/img743/1046/c1YJ03.jpg

Öykü Özerslan, 9 yaş, İstanbul. Öykünün səhər yeməyinə daxildir: qara çörəklə zeytun , Nutella , pomidorlar, yumurta, çiyələk mürəbbəsi, çörəyə batırılmış kərə yağı və müxtəlif növlərdə tük pendirləri.


http://imageshack.com/a/img661/8357/ihyHoz.jpg

Xoki Xayaşi (Koki Hayashi), 4 yaş , Tokio , Yaponiya. Xoki səhər yemək kimi yaşıl bibərlə kuncut və lobya sousunda qızardılmış quru balıq, lobya sousu ilə qarışdırılmış çiy yumurta düyü ilə, miso şorbası, üzüm, armud və süd qəbul edir.


http://imageshack.com/a/img540/9484/86KHwc.jpg

Saki Suzuki (Saki Suzuki), 2.9 yaş, Tokio, Yaponiya. Onun səhər yeməyi “natto” adlı fermentləşdirilmiş soya xörəyi, miso şorbası, ağ düyü, “kaboça” adlı yapon boranısının püresi, marinə edilmiş xiyar, hansı ki , yumurta omletinə bükülüb (tamaqoyaki) və bir hissə qızardılmış qızılbalıq.


http://imageshack.com/a/img631/3200/mXHatm.jpg

Tyaqo Bueno Yanq (Tiago Bueno Young), 3 yaş , San Paulo , Braziliya. Burada Tyaqo qarğıdalı xlopyaları, banan piroqu və Braziliya uşaqlarının sevimli yeməyi olan şirin ağ çörəyi yeməyə hazırlaşır.