Bəzilərinin görünüşcə olduqca şirin göründüklərinə baxmayaraq bəzi ölkələrdə qadağan olunmuşlar.
Wolf Dog – Yarı qurd, yarı it olduğu üçün bəzi vəziyyətlərdə qurd kimi reaksiya verərək vəhşiləşə bilir. Qadağan Olunduğu Ölkə: Norveç

Dogo Argentino – Qadağan olunma səbəbi it döyüşlərində çox istifadə olunmasıdır. Qadağan Olunduğu Ölkə: Avstraliya, Yeni Zellandiya, Portuqaliya və bir çox Avropa ölkəsi

Napoliten Mastiff – Roma İmperatorluğunda qladiator olaraq döyüşdürülmüşdür. Günümüzdə zəbt edilməsi çətin olduğu üçün qadağan olunmuşdur. Qadağan Olunduğu Ölkə: Sinqapur və Ruminiya

Bandog – Döyüşlərdə istifadə olunduğu və hücum anında ön xəbərdarlıq (hamıldamaq) etmədiyi üçün qadağan olunmuşdur. Qadağan Olunduğu Ölkə: İngiltərə

Amerikan Bulldogu – ABŞ’da tarlaları yaban donuzlarından qorumaq üçün istifadə olunur. Qadağan Olunduğu Ölkə: Sinqapur, Danimarka və bir çox Avropa ölkəsi

Presa Canario – Kökləri tamamilə evcil deyildir və görünüşlərindən daha sərt və aqressivdirlər. Qadağan Olunduğu Ölkə: Avstraliya və Yeni Zellandiya

Boerboel – Cənubi Afrikada kənd evlərini leopard və çitalardan qorumaq üçün istifadə olunur. Qadağan Olunduğu Ölkə: Danimarka

Japon Tosa Inu – Dominant olmayan insanlara hökm etməyə çalışa bilər və sadəcə üzərində dominant ola bilən sadəcə bir insana itaət edərlər. Qadağan Olunduğu Ölkə: Danimarka, Norveç və bir çox Avropa ölkəsi

Fila Brasileiro – Yad insanlara qarşı həddindən artıq aqressiv olan bir xasiyyətə sahibdirlər. Qadağan Olunduğu Ölkə: İngiltərə

Amerikan Pitbull Teriyeri – Keçmişdə müharibələrdə, indi isə it döyüşlərində istifadə olunur. Qadağan Olunduğu Ölkə: Amerikada bir çox əyalət, Kanada və bir çox Avropa ölkəsi
