Ciddi ağrı və narahatlıq zamanı həkimə müraciət etmək şərtdir. Yüngül ağrılar hiss etdiyiniz anlarda faydalana biləcəyiniz məsləhətlər isə bunlardır:
- Boğazınızda ağrı hiss etdiyiniz zaman ilıq duzlu su ilə boğazınızı yaxalayın.
- Diş arğısına qarşı mixək çeynəyin.
- Yüngül yanıqlar zamanı yaranın üzərinə aloe şirəsi çəkmək məsləhət görülür.
- Başınız ağrıyan zaman isə 1 dilim limon çeynəyin.
- Soğan doğrayarkən gözlərinizin qıcıqlanmasının qarşısını almaq üçün soğanın qabığını soyduqdan dərhal sonra soğanı yuyun.
- Əlinizi kağızla kəsdiyiniz zaman, ağrını kəsməyə gigiyenik dodaq boyası kömək edəcək.
- Ağcaqanadın dişlədiyi nahiyədə şişkinliyi və qaşınmanı aradan qaldırmaq üçün ağ sirkədən istifadə edin.
- Hıçqırığı dayandırmağa isə kəskin dadlar kömək edər: çox turş, çox şirin və ya çox acı ərzaqlar.