Özümüzlə bağlı nə qədər kəşflər etsək də, çox az bilirik. Bilik daxılımıza bir neçə psixoloji fakt atmaq lap yerinə düşər:
- Dünya tarixində kor doğulmuş insanlarda heç vaxt şizofreniya müşahidə olunmamışdır.
- İmtina cavabı aldığımız zaman beynin fiziki ağrıya cavab verən hissəsi işə düşür və nəticə etibarı ilə fiziki ağrı hiss edirik.
- Yorğun olduğumuz vaxtlarda ağlımıza kreativ fikirlərin gəlmək ehtimalı daha yüksəkdir.
- Qucaqlaşdığımız zaman orqanizm oksitosin ifraz edir. Bu hormon həm də sevgi hormonu adlanır. Oksitosin özümüzü güvəndə hiss etməyimizi təmin edir.
- Şokolad yediyimiz zaman aşiq ikən ifraz olunan hormon ifraz olunur. Şokolad sevgidir!
- Kiməsə qarşımıza qoyduğunuz məqsəd haqqında danışdığımız an həmin məqsədə çatmaq şansımız azalır. Bu fakt 1930-cu ildən etibarən aparılan araşdırmalar zamanı aşkar edilmişdir.
- Qarşımızdaki insan nəyisə xatırlamağa çalışdığı zaman gözlərimizin içinə baxırsa, yalan danışır deməkdir.
- Dostlarımızın sayı məhduddur. Psixoloqlar və antropoloqların apardığı araşdırma göstərmişdir ki, bir insanın maksimum 150 daimi sosial əlaqəsi ola bilər.
- İnsanın bizə qarşı münasibəni öyrənmək istəyiriksə, gözlərinin içinə baxmalıyıq. Göz bəbəkləri genişlənibsə, insan bizə qarşı biganə deyil deməkdir.
- Dua və meditasiya edən insanlar stresə daha dayanıqlıdır.