Bütün işlərdə olduğu kimi ailədə  və münasibətlərdə də xırdalıqlara nəzər yetirmək lazımdır. Bu gün bir çoxlarının ailə həyatında fikir vermədiyi xırdalıqları müzakirə edəcəyik. Hansı ki, həmin xırdalıqlar zamanla böyüyür və münasibətlərin axıcılığına mənfi təsir göstərir.

    1. Tənqid. Bir çox cütlüklər nikahda bir-birini o qədər tənqid edirlər ki, buna artıq vərdiş edirlər. Sevdiyi şəxsin müsbət tərəflərini aşkar etməkdənsə, onun qüsurlarını tapıb və daim vurğulamaq neqativ aura yaradır. Birdəfəlik anlamaq lazımdır ki, şəxsə yönəlmiş neqativ rəylər onda inciklik, küskünlük, mənəvi ağrı və hətta kin yaradır. Çalışın ünsiyyət zamanı həddindən artıq tənqiddən uzaq durun.

    2. İnsanlara, münasibətlərə öyrəşmək. Bir çox ailələrdə illər keçdikcə bir-birinə vərdiş yaranır. Yəni ki, artıq sürprizlər, hədiyyələr, xoş hadisələr geridə qalır və maraqsızlaşır. Heç kəs heç kəsə toxunmur və həyat öz axarı ilə davam edir. Anlamaq lazımdır ki, münasibətlərə orqanizm kimi qida lazımdır. Həmin qida xoş sözlər, sürprizlər, mülayim və mehriban davranışdan ibarətdir.

    3. Mübahisə və mübahisə zamanı işlədilən ifadələr. Mübahisəni sakitləşdirmək hər birimizin əlindədir və burda qeyri-mümkün heçnə yoxdur. Mübahisə vaxtında yatırılmasa, sonra mübahisə zamanı ağır ifadələri işlədib və eşitməli olacaqsınız. Mübahisə zamanı işlədilən ifadələr isə qəlbinizdə iz qoyacaq.

    Xırdalıqların münasibətlərinizə son qoymağına icazə verməyin