Bəzi heyvanların travma almış xəstələrin reabilitasiyasında faydalı ola biləcəkləri qəbul edilir. Ona görə bu şəkildə istifadə edilən heyvanların ağıllı, yaxşı təbiətli və sevimli olmaları vacibdir. Məsələn bu atlar kimi! 80sm qədər boyları olan atların kiçik olmaları ciddi bir üstünlükdür; normal atlar cüssələri səbəbiylə uşaq və yaşlılar üçün qorxuducu ola biləcəkkən bu kiçik atların belə bir problemi yoxdur.
Gentle Carousel Miniature Therapy Horses adlı heç bir madiyyat güdməyən təşkilat 20 ildir atları müalicə məqsədli istifadə edir. ABŞ-da 3 yerdə fəaliyyət göstərən və xəstələrindən heç bir maddi qarşılıq almayan bu təşkilat 25 ata sahibdir. Təşkilatları bu günə qədər minlərlə insana kömək olmuşdur. Hətta atların xəstələrə nə qədər faydalı olduğuna dair bir çox hekayə də var. Bunlardan biri Magic (Sehir) adlı atla bağlıdır. Time jurnalının ‘Әn qəhrəman 10 heyvan’ siyahısında yer alan bu atın hekayəsi belədir:
Magic bir dəfə reabilitasiya mərkəzində müalicə alan və üç ildir heç kimlə danışmayan bir xəstəni ziyarətə gedib. Xəstə Magic’i görər-görməz “Nə qədər gözəldir, elə deyil mi?” demişdi!
Bu atların xidmətlərinə ciddi tələb var; xəstəxanalar, xəstə insanlara dəstək mərkəzləri, qocalar evləri, sığınacaqlar, evlər… lazım olduqları hər yerdə xəstələri ziyarət edərək faydalı olmağa çalışırlar…