Maria Montessori, iyirminci əsrdə uşaq tərbiyəsi mövzusundakı düşüncələrimizi kökdən dəyişdirən az saylı pedaqoqlardan biridir. Valideynlər üçün düstur şəklinə saldığı qısa amma xatırlanmağa dəyər tövsiyələri ilə tanınır. Sadə kimi görünən bu tövsiyələr dərin müdriklik ehtiva edirlər. Aşağıdakıları hər bir valideyn ildə ən az 1 dəfə oxumalıdır.


1. Uşaqlar, tərbiyəni onları əhatə edən şeylərdən öyrənirlər.


2. Bir uşaq tez-tez təqdir görəndə, insanları da düzgün qiymətləndirir.


3. Bir uşaq dəstək görəndə, özünə inamı artır.

4. Bir uşağa düşmənlik göstərəndə, o da savaşmağı öyrənir.


5. Bir uşağa qarşı dürüst olanda, doğruluğun mənasını öyrənir.


6. Bir uşağı tez-tez ələ salanda, utancaq olur.

7. Bir uşaq özünü etibarda hiss edəndə, insanlara güvənməyi öyrənir.


8. Bir uşaq tez-tez utanc duyanda, özünü davamlı olaraq günahkar hiss etməyi öyrənir.


9. Bir uşaq tez-tez bir şeylərə təşviq ediləndə, özünə inamı artır.

10. Bir uşağa hər zaman tərbiyəli bir şəkildə yaxınlaşın. Ola biləcəyi ən yaxşı adamı göstərin ona.


11. Yaşadığı dünyanın şəfqət, sülh və sevgi ilə dolu olmasını təmin edərək, uşağın problemlərinin öhdəsindən gəlməsinə köməkçi olun.


12. Bir uşaq dostluğun olduğu bir mühitdə yaşayanda və insanların bu dostluğa ehtiyacları olduğunu görəndə, sevgini necə tapacağını öyrənir.

13. Yanında ya da arxasıyca; uşağınızın haqqında əsla pis danışmayın.


14. Uşağınızın içərisindəki yaxşılıqları artırmağa çalışın; bu şəkildə pis şeylərə yer qalmayacaqdır.


15. Uşağınızın suallarını və istəklərini daim dinləyin və cavab verin.

16. Uşağınıza səhv edəndə belə hörmət edin. Beləliklə səhvlərini tez düzəldə bilər.


17. Dəstəyə ehtiyac duyan bir uşağa kömək etmək üçün daima hazır olun. Və ehtiyac duyduğu hər şeyi tapanda, yanında dayanın.