1) 19 il sonra komadan oyandı.
Polşalı dəmiryolu işçisi Jan Grzebski iki qatarı bir-birinə bağlarkən qəza keçirdi. Xəstəxanaya gətirildiyində isə Grzebski’nin qazadan əlavə eyni zamanda beyin xərçəngi olduğu ortaya çıxdı. 19 il dərin komada qaldı. Həkimlər 3 ildən çox həyatda qalma şansını qeyri-mümkün olaraq görürdülər. Ancaq 12 Aprel 2007-ci ildə komadan çıxmağı bacardı. Maraqlı olan Grzebski komaya girmədən əvvəl Polşanın kommunist rejimi ilə idarə olunması idi. Komadan çıxan Grzebski filmlərə mövzu olacaq şəkildə kapitalist dünyaya gözlərini açmış oldu.
2) Qurd uşaq.
Hindistanlı oğlan uşağı Prithviraj Patil ilə Taylandlı qız uşağı Supatra Sasuphan digər bütün uşaqlar kimi oyun oynamaq, üzməyə getmək istəyirdi. Ancaq onları fərqli edən keçirdikləri hipertrikosis-yəni Qurd Adam Sindromu-xəstəliyi oldu. 1638-ci ildən bəri yalnız 50 adamda görülən bu amansız xəstəlik üzdə nəzarət edilə bilməyən tüklər çıxmasına səbəb olur. Bu xəstəliyi keçirən iki uşağın üzü də bir qurd adam kimi tüklə örtüldü. Çox təəssüf ki, xəstəliyin müalicəsi yoxdur. Ancaq xəstəliyin ölümcül bir tərəfi olmamasına baxmayaraq uşaqlar cəmiyyətdən kənarlaşdırılaraq yaşamağa məhkum edildi.
3) Elektrik adam
Yüksək gərginlikli elektrik az qala hamımız üçün ölümcüldür. Ancaq Porto Rico’lu Jose Ayala üçün deyil. Ayalanın bədəni heç bir insan bədəninin qəbul edə bilməyəcəyi elektriyi qəbul edir. Yüksək dərəcədə gərginlik axınlarına və elektrik şoklarına məruz qalmasına baxmayaraq əks təsir belə yaratmadan sağ qala bilir. Daha da maraqlısı Jose Ayala bədənindəki elektriklə kağızları ba rmağı ilə yandırır.
4) 47-ci mərtəbədən düşdü, lakin ölmədi.
Alcides və Edgar Moreno qardaşları göydələnlərin şüşə təmizliyindən cavabdeh iki qardaşdı. 7 Dekabr 2007-ci ildə hər zamankı işlərini yerinə yetirərkən üstündə durduqları platforma çökdü və iki qardaş 47-ci mərtəbədən aşağı düşdü. Edgar ölərkən Alcides möcüzəvi bir şəkildə xilas oldu. Alcidesin qabırğa sümükləri, iki ayağı və sağ qolu qırılmışdı. Həkimlər Alcidesi 16 dəfə əməliyyat etdi. Həkimlər Alcidesin qurtuluşunu möcüzəvi olaraq xarakterizə etdi. Təqribən iki il sonra Alcides Moreno xəstəxanadan evə çıxdı.
5) 118 gün ‘ürəksiz’ yaşadı.
ABŞ-ın South Carolina əyalətində yaşayan Dizhana Simmons sanki tibbin irəliləyən möcüzəsidir. Gənc Amerikalı az qala 4 ay boyunca yeni bir ürək gözləyərək, ürəksiz yaşadı. Ürək genləşməsi (DCM) xəstəliyi keçirən Simmonsun ürəyi qan qəbul etmirdi. Əməliyyat nəticəsində yeni taxılan ürəyi də Simmonsun bədəni rədd etdi. Ancaq xəstəxana tərəfindən süni qan qəbul etmə maşınıyla yaşaması təmin edildi. Bu vəziyyətdə 118 gün yaşayan Simmonsun qan dövranı yalnız iki nasos vasitəsilə edildi. Bütün bunlara baxmayaraq Simmons möcüzəvi bir şəkildə yeni ürəyiylə sağlam bir şəkildə yaşamağa davam etdi.
6) Ağrı hiss etməyən qız.
9 yaşındakı mehriban və enerji dolu bir qız uşağı olan Gaby Gingrası digər uşaqlardan ayıran şey CIPA adı verilən bir əsəb xəstəliyidir. Dünyada yalnız 100 adamda görülən bu xəstəlik Gabynı doğuşdan ağrı hiss etməməsinə səbəb olmuşdu. Çox da pis səslənməsə də ağrısız yaşamaq Gabynın həyatına mənfi təsir etdi. Qan gələnə qədər barmaqlarını dişləyə bilirdi. Gözlərini həddindən artıq qaşıyarkən bir gözü görmə qabiliyyətini itirdi. Ailəsi özünə zərər verməməsi üçün daha möhkəm tədbirlər aldı. Gabynın bu dramatik həyat mübarizəsi bir sənədli filmə də mövzu oldu.
7) Suya allergiyası var.
İstər isti duş üçün istərsə evi təmizləmək üçün ya da yalnız susuzluğu aradan qaldırmaq üçün…
Avstraliyalı Asleigh Morris və İngiltərəli Michaela Dutton suyu nə vaxt istifadə etsə alergik əlamətlər göstərdi. Duş almaq ikisi üçün də acı verən bir hadisədir. Michaela su, qəhvə ya da çay içəməzkən, dərisini yandırdığı üçün sulu meyvə belə yeyə bilmir. Yalnız diyetik kola Michaelaya ciddi bir zərər vermir. Asleigh də tərləməmək üçün idman etmir, özünü yormur. Çünki tər dərisinə alergik reaksiyalara görə böyük zərər verir.
8) Yata bilməyən ailə.
FFI adı verilən yuxu pozğunluğu xəstəliyi genetik səbəblərdən ortaya çıxır. Bu xəstəliyə tutulanlar əsla yuxuya getmir. 29 yaşındakı Cheryl Dinges həmən yata bilməmə xəstəliyinə tutuldu. Ailəsi FFI geni daşıdığı üçün xəstəlik ona da keçdi. Dünyada yalnız 40 ailədə görülən bu genetik xəstəlik üzündən o, anasını, babasını və əmisini itirib. Zamanla FFI xəstəsi olan adam halisülasyon görməyə başlayır. Həyatı boyunca yata bilməz. Xəstəlik son mərhələsində isə ağıl xəstəliyinə çevrilir. Əgər ana və ya atadan birində FFI’ya yol açan gen varsa xəstəliyin uşaqlara keçmə şansı 50% faizdir.
9) “Kəpənək” uşaqlar.
Sarah və Joshua Thurmond bacı-qardaşları amansız bir genetik xəstəlik olan Epidermolsis Bullosa xəstəliyinə tutuldu. Bu amansız xəstəlik dərini aşırı dərəcədə dözülməz bir hala gətirər. Dəridə aşınma və qabarıqlıqlar dərinin alt təbəqəsindəki toxumalara zərər verir. Sarah 2008-ci ildə həyata gözlərini yumarkən Joshua da eyni xəstəlikdən zərər çəkmiş vəziyyətdə idi. Həkimlərin bu xəstəliyə tutulanlar üçün ölçdüyü ömür isə 30-40 ildir. Bu xəstəliyə tutulan uşaqlar üçün istifadə edilən ad isə “kəpənək uşaq”dır. Bu adın istifadə səbəbi isə dərinin bir kəpənək qanadı qədər həssas olmasıdır. Onlar ağrını azaltmaq üçün xüsusi bandajlarla gəzsə də bu xəstəliyin qəti bir müalicəsi yoxdur.
10) Daş körpə.
Morokkolu qadın Zəhra Əbutalib haradasa yarım əsr boyunca qarınında uşağını daşıdı. 1955-ci ildə xəstəxanaya doğum üçün yetişdirilən Zəhra digər hissədə başqa bir qadının ölmək üzrə olduğunu görüncə doğum etməkdən imtina etdi. Ağrıları sonlandıqdan sonra Zəhra körpəsini “yatan körpə” olaraq düşündü. Morokko xalq inancına görə qadınların qürurunu qorumaq üçün körpələr ana bətnində yataraq yaşaya bilər. 75 yaşına gəldiyində Zəhra yenə dözülməz ağrılar çəkməyə başladı. Həkimlərin ultrasəs çəkilişindən sonra uşağın bətnində öldüyü aydın oldu. İşin möcüzəvi tərəfi Zəhranın bədəni qarındakı ölü körpəni bir orqan kimi qəbul edib funksiyalarına davam etmiş olması idi. Amma 50 il sonra döl dözülməz dərəcədə böyüdü və digər orqanlara zərər verdi. Nəticədə 5 saatlıq bir əməliyyat nəticəsində daşlaşan döl götürüldü. Daşlaşan döl kimi hadisələrə tibb dünyasında çox nadir rast gəlinir. Journal of Royal Society of Medicine jurnalına görə bu istiqamətdə yalnız 290 hadisəsi qeydə alınmışdır.