1200 il əvvəl yoxa çıxşış şəhər tapıldı. 1200 il öncə Misir sahillərində sular altında qərq olduğu rəvayət edilən itmiş Heracleion şəhəri üzə çıxdı.
Antik şəhər Heracleion, itkin qitə Atlantik kimi uzun illər bir əfsanə olaraq dillərə düşmüşdü.
Lakin 12 il əvvəl, dənizaltı arxeolog Doktor Frank Goddio, 18-ci əsrdəki Nil döyüşündə sulara qərq olan Fransız gəmilərini araşdırmaq üçün başladığı işində şans olaraq antik bir şəhərin xəzinələri ilə qarşılaşıb.
İstiqamətini dəyişdirən işlər nəticəsində qədim şəhərin qalıqları üzərindəki qum və palçıq təbəqəsi qaldırıldığında isə 1200 il əvvəl Heracleionda həyatın nə qədər zəngin və ehtişamlı olduğunu sübut edən ipucları əldə edildi.
1200 il əvvəl Ağdenizin ticarət mərkəzi olduğu düşünülən şəhirdə arxeologların 64-dən artıq gəmi qalıntısı tapdığı qeydə alındı.
Bu rəqəmin indiyə qədər bir bölgədə aşkar edilən ən çox gəmi olaraq qeyd olunduğu bildirilir.
Arxeolog qrupunun ayrıca 700-dən çox gəmi qalıqları ilə birlikdə ticarətdə istifadə edilən bürünc və daş pullar da aşkarladığı qeydə alənəb.
Oxford Üniversitesi Deniz Arxeolojisi direktoru Doktor Damian Robinson, qədim şəhərlə bağlı “Təəccüblü dərəcədə yaxşı qorunub saxlanılıb” açıqlamasını verib.