Thane Chiquinho Scarpa, Braziliyalı zəngin bir iş adamıdır. Sosial mediada yayılan maraqlı bir xəbərlə geniş kütlələr tərəfindən artıq tanınır. Scarpa, elanında milyon dollarlıq Bentley avtomobilini bir məzar qazıb basdıracağını qeyd edir. Misir fironları kimi, o biri dünyada da Bentley’ni istifadə edə bilmək üçün belə etdiyini söyləyir. Bunun üçün tarix belə verir və medianı malikanəsinə dəvət edir. Hətta bununla da kifayətlənməyib məzarı qazarkən çəkdirdiyi fotoşəkillərini sosial şəbəkələrdə paylaşır.
Təxmin edəcəyiniz kimi bu şəxsə ictimai mediadan olduqca sərt və mənfi reaksiyalar gəlir. Bir çoxları tərəfindən dəli olmaqla ittiham edilən Scarpa’ya avtomobilini yardım təşkilatlarına bağışlaması üçün müraciətlər də edilir. Scarpa bu tənqidlərdən heç təsirlənmir və təzyiqlərə baxmayaraq mərasimi ləğv etmir. Söylədiyi gündə bir qrup jurnalistin qarşısında mərasim başlayır.
Avtomobil məzara endirilir və fotoşəkillər çəkilərkən bir anda mərasimi dayandırır və bu möhtəşəm çıxışına başlayır:
Milyon Dollarlıq Bentley’imi basdıracağımı söylədiyim üçün məni qınadınız. Halbuki bir çox insan mənim bu avtomobilimdən də qiymətli bir şeyi davamlı olaraq torpağa basdırır. Ürək, qaraciyər, ağciyərlər, gözlər və böyrəklər torpağa basdırılır. Bu axmaqca bir hərəkətdir. Orqan nəqli gözləyən o qədər çox insan varkən bu sağlam orqanları basdırırıq. Bu dünyadakı ən böyük israfdır. Bentley’im bununla müqayisədə heçdir. Bir orqandan daha qiymətli heç bir şey yoxdur, çünki insan həyatından daha qiymətli bir şey yoxdur. Burada orqanlarımı bağışladığımı rəsmi şəkildə bəyan edirəm.
Düşünə bilərsiniz ki, bəs bu “dəlisov” addım bir işə yaradımı? Bəli, yaradı.. Bir ay ərzində orqanlarını bağışlayan insanların sayı 31.5% artdı!