Heç vaxt əlinizə oxlov və mikser almamısınızsa belə, bu şirniyyatları hazırlamaqda zərrə qədər də çətinlik çəkməyəcəksiniz. Mikrodalğalı sobada cəmi 10 dəqiqəyə bişən bu şirniyyatları hazırlamaq üçün sizə sadəcə 1 keramik fincan və hər zaman soyuducunuzda olan ərzaqlar lazım olacaq.
Fincanda şokoladlı tort
Ərzaqlar:
- 3 x. q. un
- 2 x. q. qəhvəyi şəkər tozu
- 2 ç. q. kakao
- 1/4 ç. q. qabartma tozu
- 3 x. q. süd
- 1 x. q. kərə yağı
- 1/4 ç. q. vanil
- 1 ç. q. südlü şokolad
Hazırlanma qaydası:
- 250 ml. həcmində keramik fincanda un, şəkər tozu, kakao, qabartma tozu, süd, yağ və vanilini yaxşıca qarışdırın.
- Şokoladı sürtgəcin iri deşiklərindən keçirib alınan xəmirin üzərinə səpin.
- Fincanı mikrodalğalı sobaya yerləşdirin.
- Bişdikdən sonra 5 dəqiqə gözləyin.
- Zövq alın!
Armudlu kek
Ərzaqlar:
- Fincanınıza yerləşəcək ölçüdə 1 ədəd armud.
- kərə yağı
- 1/2 giləmeyvə miksi
- 1 ədəd kiçik yulaflı peçenye
- 1 ç. q. qəhvəyi şəkər tozu
- 3 ç. q. un
- 1 ç. q. badam əzməsi
- 1/8 ç. q. darçın
Hazırlanma qaydası:
- Giləmeyvələri una batırıb, fincanın dibinə yerləşdirin.
- Daha sonra giləmeyvələrin üzərindən armudu fincana atın.
- Armuda kərə yağı çəkin və boş qalan yanlardan badam əzməsi ilə əzilmiş peçenyeni əlavə edin.
- Son olaraq dessertin üzərinə darçın və şəkər tozunu səpin.
- Mikrodalğalı sobada 2-3 dəqiqə ərzində maksimal dərəcədə bişirin. Giləmeyvələr şirə buraxmalı, armud isə yumşalmalıdır.
- Nuş olsun!
Şokoladlı-bananlı kek
Ərzaqlar:
- 3 x. q. un
- 3 x. q. şəkər tozu
- 2 x. q. süd
- 2 x. q. kərə yağı
- 1 ç. q. qabartma tozu
- 1 yumurta
- zövqə görə vanil
- yarım banan
- 1 x. q. kakao
Hazırlanma qaydası:
- Un, şəkər tozu, kakao, vanil, şəkər tozu və qabartma tozunu fincanda qarışdırırın.
- Daha sonra yumurta, süd və kərə yağını əlavə edin.
- Bananı kiçik dilimlərə bölüb, alınmış xəmirə əlavə edin.
- Mikrodalğalı sobada 800 vvat gücündə 7-10 dəqiqə ərzində bişirin.
- Süfrəyə verməzdən öncə azca soyudun.
- Dadından zövq alın!
Cheesecake
Ərzaqlar:
- 50 q. pendir (kərə)
- 2 x. q. xama
- 1 yumurta
- 1/2 x. q. limon şirəsi
- 1/4 ç. q. vanil
- 2 x. q. şəkər tozu
- zövqə görə giləmeyvə
Hazırlanma qaydası:
- Bütün ərzaqları qarışdırıb daha sonra içinə yağ çəkilmiş fincana tökün.
- Cheescake-i maksimal dərəcədə hər 30 saniyədə bir dəfə qarışdırmaq şərti ilə 90 saniyə ərzində bişirin.
- Soyumağını gözləyin.
- Cheescake üçün möhtəşəm əlavələr giləmeyvə və ya əzilmiş qoz-fındıqdır.
- Nuş edin!