Yanvar ayının soyuq bir səhəri idi. Bir adam Vaşinqton DC metrosunda oturdu və skripka çalmağa başladı. Bachın altı parçasını 45 dəqiqə çaldı. İşə gediş-gəliş zamanı olduğu üçün, bu qırx beş dəqiqə içində, metrodan minlərlə insan keçdi.
Skripka çalınmağa başladıqdan üç dəqiqə sonra orta yaşlı bir bəy metroda bir musiqiçinin olduğunun fərqinə vardı. Yerişini yavaşlatdı və bir neçə saniyə dayandı və sonra gec qalmamaq üçün sürətlənərək yoluna davam elədi.
Ondan bir dəqiqə sonra skripkaçı ilk bir dollarlıq bəxşişini aldı: bəxşişi verən qadın pulu qutuya atdı və dayanmadan getməyə davam edərək oradan uzaqlaşdı.
Bir neçə dəqiqə sonra, biri divara söykəndi və tam dinləməyə başlayanda, saatına baxdı və dinləməkdən imtina edərək oradan uzaqlaşdı. Hər halda işinə gecikirdi.
Skripkaçıya ən çox diqqət edən 3 yaşındakı bir oğlan uşağı idi. Anası onu dartışdırmağa davam elədi,amma anasına baxmayaraq uşaq dayandı və skripkaçıya baxdı. Anası uşağı daha güclü dartmağa başladı, uşaq getdi amma davamlı geriyə və skripkaçıya baxırdı. Bir çox uşaq bu davranışı təkrarladı, amma hamısı anaları tərəfindən oradan uzaqlaşdırıldı.
Skripkaçının çaldığı 45 dəqiqə ərzində yalnız 6 adam bir az dayandı və çalınan parçaları dinlədi. İyirmiyə yaxın adam qutuya pul atdı amma normal yeriyişlərinə davam etdilər. Skripkaçı ifasını bitirdiyi zaman kimsə səssizliyin fərqinə varmadı. Nə alqışlayan oldu, nə də hər hansı bir təşəkkür ifadə edən söz.
Heç kim bu skripkaçının dünyanın ən yaxşı musiqiçilərindən biri olan Joshua Bell olduğunu bilmirdi, O skripka üçün yazılmış dünyanın ən çətin bəstələrini, dəyəri 3.5 milyon dollar olan skripkasıyla çalırdı.
Metroda skripka çalmadan iki gün əvvəl Joshua Bell bir konsert vermişdi; bütün biletlər satılmışdı və bir biletin ortalama dəyəri yüz dollar idi.
Bu olmuş bir əhvalatdır. Joshua Bellin metro stansiyasında çalmasını Vaşinqton Post qəzeti, “sosial qəbul etmədə prioritetlər” üzərinə bir təcrübə olaraq təşkil etmişdi.
-Heç gözləmədiyimiz anda və heç gözləmədiyimiz mühitlərdə qarşımıza çıxan gözəlliklərin fərqinə vara bilərikmi?
– Dayanıb bu gözəlliklərin dadına vara bilərikmi?
– Gözlənilməz bir məzmunda gerçək bir qabiliyyətin fərqinə vara bilərikmi?
Bu təcrübədən çıxarılan nəticələrdən biri bu ola bilər:
Bu dünyada yazılmış ən gözəl musiqi parçalarından birini yaşayan ən istedadlı musiqiçilərdən biri çalarkən dayanıb dinləmək üçün zamanımız yoxsa görəsən başqa hansı gözəlliklər biz fərqinə varmadan həyatımızdan axıb gedir?