Marula ildə bir dəfə, Afrikanın ən isti və ən quraq mövsümündə məhsul verər. Son dərəcə sulu olan marula meyvələri, əgər gözlədilərsə eyni zamanda 17% spirt daxildir. Bu bürkülü mövsümdə bir çox heyvan həm yandırıcı günəşdən qorunmaq, həm də qarınlarını doyurmaq üçün bu ağacın altında toplanır. Gözləmiş, qıcqırmış meyvələri həddindən artıq yemək, sərxoşluğa səbəb ola bilər. Afrikalı bəzi heyvanların yedikdən sonra sərxoş olduğu da görülmüşdür.Bu səbəblə marulayı məşhur əfsanə halına gətirən “Animals Are Beatiful People” adlı James Ulys tərəfindən çəkilən 1974-ci il tarixli sənədli filmdə meymunlar, fillər, düyməli donuzlar və bir qisim canlılar gözləmiş marula meyvələrindən sərxoş olmuş şəkildə təsvir edilmişdir.
Ağacın meyvələrinin istifadə sahəsi müxtəlifdir, təzə olaraq satıldığı kimi, meyvələrindən (içindəki böyük toxumundan) əldə edilən marula yağı yeməklərdə zeytun, fındıq yağı kimi istifadə edilməklə eyni zamanda ehtiva etdiyi dəriyə faydalı turşu, yağ və minerallar səbəbiylə kosmetika sektorunda, hətta dəriçilikdə də istifadə edilməkdədir.
Buna qarşı spirt nisbəti yüksək, gözlədilmiş, qıcqırdılmış meyvələri amarula kimi müxtəlif içki və likör istehsalında da istifadə edirlər. Digər tərəfdən, az da olsa toxumları qırılaraq qoz, fındıq kimi yemək üçün istifadə edilməkdədir. Ağacın kötük və budaqları eyni zamanda müxtəlif mebel, bəzək əşyaları və ip istehsalında, hətta müəyyən yerlərdə yanacaq olaraq dəyərləndirilir. Buna görə ağac ticarət istiqamətindən də qiymətli qəbul edilir.
Digər tərəfdən ağacın qabığı antibakterial olması səbəbiylə dizenteriya, ishala qarşı müalicə və profilaktika (önləyici müalicə) məqsədilə, daxili qabığı əqrəb və ilan dişləməsinə qarşı ağrını aradan qaldırıcı olaraq, yarpaqları çiynəməklə ciyərlərdəki yanma və həzmə köməkçi olaraq istifadə edilir. Meyvələri, eyni zamanda təbii böcək dərmanı olaraq istifadə edilməkdədir.