Qoxular səslərə və görüntülərə nisbətən daha çox yadda qalır və təsəvvürlər yaradır. İri şirkətlərin marketoloqları bu fenomen haqda geniş məlumata malikdirlər və bundan satışın stimullaşdırılması üçün istifadə edirlər. Siyahımızda alıcıların hiss etməyib toruna düşdüyü 10 marketinq hiyləsi sıralanmışdır:

http://imageshack.com/a/img540/6049/bD3yQJ.jpg

Çörək qoxusu. Bir çox marketlərdə müştəriləri daha çox ərzaq almağa məcbur etmək üçün ərzaqların, şirniyyatın və digər “dadlıların” qoxusundan istifadə olunur. Xüsusilə də böyük təsirə çörək və şokolad qoxusu malikdir. Beləki, insanlar ən çox çörək və şokolad piştaxtalarının qarşısında dayanır və alışı həyata keçirir.


http://imageshack.com/a/img538/2659/y58sBZ.jpg

Fri kartoflarının səsi (xırçıltısı). MacDonald`s şirkəti fri kartoflarının və digər yeməklərin satışı zamanı aqressiv taktikadan istifadə edir. Nahar vaxtı şirkət radioda xüsusi elanlar verir. Radiodakı elan sözləri “indi isə siz fri kartofunun səsini və qoxusunu duyacaqsınız” kartof xırçıltısı ilə müşaiət olunur. Bu isə avtomatik olaraq insanlarda kartof friyə qarşı iştahanı yüksəldir.


http://imageshack.com/a/img538/6774/3yZcm4.jpg

Apple-ın real qoxusu. Macbook, iPhone və Apple şirkətinin digər məhsullarını alan istehlakçıların bu məhsulların spesifik qoxusu ilə tanışdırlar. Bəzi alıcılar hesab edir ki, bu qoxunun mənbəyi quraşdırılan materiallardan irəli gəlir, bəziləri isə vurğulayır ki, bu sadəcə bağlamanın qoxusudur. Apple şirkəti isə qoxudan marketinq siyasəti kimi istifadə etdiyini tamamilə inkar edir.


http://imageshack.com/a/img540/9144/QHwdpv.jpg

Holiday İnn qoxuları. Holiday İnn hotellər şəbəkəsi öz müştərilərin hoteldə daha çox qalması üçün qoxu və musiqilərin sintezindən istifadə edir. Şirkət qızılgül qoxusundan toylarda, dəri qoxusundan isə işgüzar görüşlərdə istifadə edir. Hətta hotelin hovuzundan gələn xüsusi qoxu səhərlər hovuzun ventilyasiya qurğusuna əlavə edilən tozdan irəli gəlir.


http://imageshack.com/a/img673/9448/sWpvrV.jpg

Müşk ətri daha çox pul xərcləməyə vadar edir. Əksər hallarda qoxular insanın rasional düşüncəsinə mane olur və onun hisslərinə təsir edir. Parfümer şirkəti müxtəlif kommersiya müəssisələri üçün özünəməxsus qoxular istehsal edir. Məsələn: “Mirage” hotel və kazino şəbəkəsində polineziya tonlarında olan qoxular istifadə olunur, məşhur “Bellagio”-da isə qoxular İtaliyanı xatırladır. Məntəqələrdə qoxular interyerə, məntəqənin tematikasına, müştərilərin növünə uyğun seçilir. Müşk isə ən çox istifadə olunan qoxulardan biridir.


http://imageshack.com/a/img537/2156/Lfg43b.jpg

M&M-in qoxusu yoxdur. Londondakı baş mağazasına girən kimi müştərilər şokolad qoxusundan az qala “boğulurlar” Digər tərəfdən isə qeyd etmək lazımdır ki. Mağazadakı bütün məhsullar bağlamalarda olur. Buradan aydın olur ki. Mağazadakı şokolad qoxusu məqsədli olaraq süni şəkildə yayılır. Səbəb? Çox sadə: müştərilərin iştahasını qaldırmaq.


http://imageshack.com/a/img909/5700/cJnkbr.jpg

Ayaqqabı və güllər. Nike mağazalarında müştəriləri daha bahalı məhsulları almağa vadar etmək üçün bahalı məhsullar olan piştaxtalara gül ətri vurulur. Bununla belə mağazaların dekoru ağ-qara rənglə tamamlanıb. Bu üsul müştəriləri özlərini rahat hiss edərək daha çox pul xərcləməyə vadar edir.