Marasmus uşaq bədəninin şiddətli arıqlamasına verilən addır. Müalicə olunmazsa ölümlə nəticələnə bilən xəstəlikdir . Bir çox ölkədə ərzaq yetməzliyi var və çox zaman yaxşı qidalanmamaq uşaqların bədən ağırlıqlarının dörddə biri ilə üçdə biri arasında arıqlamalarına səbəb olur. Sonunda Marasmus olmaqla böyümələri və inkişaf etmələri dayanır.
Marasmuslu uşaqların üzləri arıq , rəngi boz və gözləri balaca olur . Dəriləri parlaqdır .Qabırğaları diqqətə çarpan və xaricə çıxıqdır . Belə uşaqlarda zamanla sarılıq xəstəliyidə ortaya çıxır. Şiddətli Marasmusa yoluxmuş uşaqlarda zədələnmiş qaraciyərə çox yüklənməmək üçün damardan maye və vitamin verilir, ağızla bəslənməyə daha sonra keçilir. Uşaqlar iştahını yenidən qazandıqda və oyun oynayacaq enerjisi olduqda xəstəlik keçmiş sayılır .
Əsas təhlükə ölümdür. Marasmuslu uşağa çoxlu yemək verdikdə qaraciyərin çox yüklənməsi nəticəsində ölə bilər. Yaxşı qidalanmamaq orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır . Bu səbəbə görə onlarda bağırsaq qurdu və s infeksiyalara rast gəlinir.
Həll yolu xəstəliyə qarşı yaxşı qidalanaraq bədənin ehtiyyac duyduğu proteinləri qəbul etməkdir. Uşaqların böyüklərdən daha çox proteinə ehtiyyacı var .