Maraqlı həmsöhbət olmağın yolları
İnsanlar həmişə cəmiyyətdə hamı və ya çoxluq tərəfindən bəyənilmək, seçilmək istəyir. Bunun üçün əlindən gələni edir, çalışır,şəxsi keyfiyyətlərini inkişaf etdirir, həmişə şən və optimist görkəm alır, amma bütün səylərə baxmayaraq cəmiyyətdə hamı tərəfindən sevilmək, qəbul edilmək qeyri-mümkündür.
Hər kəs tərəfindən seçilən və sevilən olmaq qeyri-mümkün olsa da, maraqlı həmsöhbət olmaq daha asantdır. Bunun üçün bir neçə qaydaya əməl etmək lazımdır.
Bezdirici olmayın. Hər bir fərd özünü şəxs kimi qəbul etdiyi üçün özünün maraqsız olduğunun fərqində deyil.Misal üçün, söhbət edirsiz və anlayırsız ki, sizi heç kəs dinləmir. Bu zaman çalışmayın hamının diqqətini sizin maraqsız söhbətinizə cəlb etməyə. Sadəcə söhbətinizi mədəni şəkildə yarımçıq qoyun.
Ən harizmatik insanlar həmişə yaxşı dinləyici kimi xarakterizə olunur. Qarşınızdakı adamları dinləməyi öyrənin.İmkan verin qarşınızdakı həmsöhbətiniz fikrini tamamlasın. Adətən insanlar özləri haqda məlumatları paylaşmağı sevir və bunun qarşılığında laqeydlik görsələr heç kəs söhbətini davam etdirməyəcək.
Həmsöhbətinizin maraqlarını müzakirə edin. Onun hobbisi və məşğuliyyətləri haqda suallar verin.Əgər maraqlarınız üst-üstə düşsə söhbətiniz öz axırın tutacaq.Maraqlarınız fərqli olarsa, bu zaman bir-birinizdən yeni bir shey öyrənmək şansınız olar.Qarşılıqlı ünsiyyət zamanı belə xırdalıqlar Deyl Karneginin “Dostu necə tapmalı” kitabında geniş izah olunub.
İnsanlara sizi əhatə edən əşyalardan və mühitdən çox sizin həyatınız maraqlı gəlir.Məhz buna görə realiti-şoular və dram əsərləri bu qədər maraq doğurur.Bunu nəzərə alaraq həyatınızda baş verən maraqlı hadisələri həmsöhbətinizlə bölüşməyi unutmayın.
Harizma. Bu söz o qədər mənalarda işlənir ki, bəzən onun əsas anlamın başa düşmək çətin olur.Bəziləri hesab edir ki, bu xüsusiyyət insanlarda anadan gəlmə olur, bəziləri isə bu xüsusiyyətin tədricən inkişaf etdiyini düşünür.Xarizmanın insanlara nə dərəcə də təsir etdiyini təyin etmək üçün 1967-ci ildə psixoloqlar araşdırma aparır.Araşdırmanın nəticələrindən aydın olur ki, söhbət zamanı bütün diqqətin cəmi 7%-i səslənən sözlərin üzərinə düşür.İnsanların diqqətini daha çox səs tonu, mimika və jestlər cəlb edir.Nitqinizdə mimika, jest və səs tonundan düzgün istifadə edin və həmsöhbətinizin necə məmnun olduğunu görəcəksiz.
Həyatınızı maraqlı yaşayın.Daima maraqlı insanlarla söhbət edin, maraqlı kitablar oxuyun.Vaxtınızın boşa keçməsinə imkan verməyin.