27 illik həbs həyatından sonra ilk qara dərili prezident olan Nelson Mandela həm də düşünməyi, daxili xoşbəxtliyini qorumağı sevən biri idi. Çox fərqli ruhda olan Mandelanın ilhamverici sitatlarından bəzilərini sizlərlə paylaşmaq istədim. Əgər çox yorğun hiss etsəniz, motivasiyaya ehtiyacınız olsa mütləq oxuyun. Kömək edəcəyindən əminəm 🙂

  • Bir şeyi etməmişdən əvvəl hər zaman edilməsi qeyri mümkün görünür.
  • Qalib o kəsdir ki, arzulayandır və heç vaxt təslim olmur.
  • Cəsur adam qorxmayan deyildir, qorxuları ilə vuruşandır.
  • Ancaq böyük dağın başına qalxanlar bilir ki, orada hələ onları gözləyən nə qədər dağ-təpə var…
  • Mən talehimin yaradıcısıyam. Mən ruhumun sahibkarıyam.
  • Optimist olmaq lazımdır. Başını günəşə doğru tut və ayaqların arxanca gələcək.
  • Ən gözəl hədiyyə qarşındakından heç bir şey gözləmədən ona kömək etməyindir.
  • Özümüzün işığının saçmağına icazə veririksə, başqalarına da bu imkanı yaradırıq.
  • Mən heç vaxt uduzmamışam- ya udmuşam, ya da öyrənmişəm.
  • Keçmişi unut!
  • Azadlığa gedən yol heç zaman asan olmayıb.
  • Uşağa sevgi, gülüş və sülh bəxş edin.
  • Biz dünyanı dəyişdirib, onu daha yaxşı yerə çevirə bilərik. Bu sənin əllərindədir!