Mahatma Gandhini təqdim etməyə ehtiyac yoxdur. 1947-ci ildə öz ölkəsinə müstəqilliyi gətirən hindistanlı siyasi və ictimai xadimi hər kəs tanıyır. Onun fəlsəfəsi isə dünyanı dəyişməyə qadirdir:
1. «Dünyanı dəyişmək istəyirsənsə, özün o dəyişiklik ol».
2. «Mənim icazəm olmadan, mənə heç kəs zərər verə bilməz».
3. «Zəif olan heç vaxt əfv etmir. Əfv – güc əlamətidir».
4. «Qana qan prinsipi dünyanı kor edə bilər».
5. «Öz təcrübəmizin bir qramı özgəsinin tonlarla nəsihətindən daha dəyərlidir».
6. «Hikmətindən əmin olmaq – hikmətdir. Ancaq unutmamalıyıq ki, ən güclü kəs belə zəiflik göstərə bilər, ən hikmətli kəs belə səhv edə bilər».
7. «Əvvəl sizi görmürlər, sonra sizə gülürlər, daha sonra sizinlə mübarizə aparırlar, daha sonra isə siz qalib olursunuz».
8. «Xoşbəxtlik düşüncənizin, sözlərinizin və hərəkətlərinizin ahəngdə olmasıdır».