Mcdonald`s şirkəti oyuncaqların ən iri distribütoru hesab olunur.
Mcdonald`s yarandığı ilk günlərdə onun menyusunun ilk bəndlərində hamburger yox, hot-doq qeyd olunurdu.
80 min-dən çox insan “hamburgerologiya” üzrə bakalavr diplomu alıb. Həmin diplom Mcdonald`s şirkətinin Hamburger Universiteti tərəfindən verilir.
“Biq Mak”, fri kartof və böyük ölçülü koladan aldığımız kaloriləri yandırmaq üçün 7 saatdan çox piyada yol getmək lazımdır.
Mcdonald`s şəbəkəsinin restoranlarından biri Böyük Britaniya kraliçasına məxsusdur.
Mcdonald`s-ın adi işçisinin 7 ay ərzində qazandığı məbləği Mcdonald`s-ın baş müdiri bir saatda qazanır
Yaponiyada Ronald Makdonaldı Donald Makdonald adlandırırlar. Bu, yapon dilində “r” səsinin olmamasından irəli gəlir.
Mcdonald`s şəbəkəsinin xidmətindən hər gün 68 mln. insan yararlanır. Müqayisə üçün deyə bilərik ki, bu Böyük Britaniyanın əhalisindən çoxdur.
Mcdonald`s şəbəkəsinin əməkdaşları üçün nəzərdə tutlumuş saytda hazır qida məhsullarından istifadə etməmək tövsiyyə olunur.
Mcdonald`s-ın gündəlik mənfəəti 75 mln dollar təşkil edir.
Maraqlısı budur ki Mcdonald`sözünün populyarlığına baxmayaraq ən iri restoran şəbəkəsi titulu Subway şirkətinə aiddir.
Mcdonald`s-dakı “Sezar” salatı oradakı hamburgerlərdən daha çox kalorilidir.
Artıq uzun müddətdir ki, “Biq Mak” ayrı-ayrı ölkələrdə əhalinin alıcılıq qabiliyyətini ölçmək üçün iqtisadi indeks kimi işlədilir.
Orta statistik hindistanlı “Biq Mak” almaq üçün 6 saat işləməlidir.
Mcdonald`s-ın loqotipi dünyada ən məşhur 3 loqotipdən biridir.
Amerikadakı 8 nəfərdən biri Mcdonald`s işçisi olub.
Sedonda (Arizona ştatı) mavi rəngli logotipli yeganə Mcdonald`s restoranı var.
1970-ci illərdə Mcdonald`s-da pizza sifariş vermək mümkün idi.