Amerikalı Morgan Brechler 25 yaşlı bir anadır. Qızı Hadlie isə 3 yaşındadır. Morgan həftə içi əkinçilik və landşaft işləri ilə məşğul olur, amma həftə sonu gəldikdə Hadlie’ylə çantalarını toplayıb macəraya atılırlar. Nə kimi macəralar deyə soruşursunuzsa, cavabımız aşağıdadır…
Ana-qız birlikdə ölkələrindəki bir çox milli parkı gəzirlər.

Morgan övladını təbiətdən ayırmadan böyütmək mövzusunda qərarlıdır.

Belə deyir: “Uşaqların təbiətlə iç-içə olmaları əhəmiyyətlidir – Texnologiyanın içərisində itmiş haldayıq.”

İkili, Hadlie daha bir neçə aylıqkən trekkinglə məşğul olmağa başlamışdır.

Getdikləri yerlərdə trekking edirlər, çadır qurub düşərgə həyatı yaşayırlar, qayalara dırmaşırlar.

Hadlie hər mövsümdə və hər hava şəraitində bu fəaliyyətlərə qatılır!

“Hadlie’nin həyatın qiymətini bilməsini istəyirəm və bunun Təbiət Ana’yla yoldaş olmaqdan daha yaxşı bir yolu olduğunu düşünmürəm”

“Səyahət edərək, çadır quraraq, dırmaşaraq, çöldə birlikdə olaraq bir çox xatirəyə sahib olmağımıza da sevirəm.”

“İnsanlar uşaqlarınız olduqdan sonra həyatınız bitir deyirlər amma mən bununla razı deyiləm.”

“Mənim həyatım Hadlie doğulduqdan sonra başladı. O mənim ən yaxşı yoldaşım və ilham qaynağımdır. Ondan başqa macəralarımı paylaşa biləcəyim heç kimim yoxdur.”

“Hal-hazırda sadəcə 3 yaşında olduğu üçün bəlkə hər şeyi xatırlamayacaqdır amma gələcəkdə baxması üçün bir çox fotoşəkil və video çəkmişəm.”

İkilinin macəralarını izləyə biləcəyimiz bir Instagram hesabı da var.

Hadlie 18 aylıqkən qaya dırmanışında təcrübə qazana bilməsi üçün evlərində bir dırmanma divarı hazırlamışlar.

“Qızıyla möhtəşəm şeylər edən bir ana olaraq insanlara ilham verdiyimi düşünürəm. Fotoşəkilləri gördükdə, bizimlə birlikdə olduqlarını hiss edirlər.”

Morgan bu gəzintilərin qızına xarakter baxımında da böyük fayda verəcəyini düşünür:

“Etdiyim şey bəziləri üçün fərqli gələ bilər, amma həftəsonları uşaqları ticarət və əyləncə mərkəzlərinə aparmaqdansa etdiklərimin daha təbii və yaxşıdır.”

“Bu səfərlər onun xarakterini şəkilləndirir və gələcəkdə necə bir insan olacağına istiqamət verir.”
