Bala pişiklər… Hansımız sevmirik ki, bu kiçik sevimli tük yumaqlarını? Hətta bəzən uzaqdan sevməklə kifayətlənməyib, onlara sahiblənmək və onlarla birlikdə yaşamaq istəyirikm, ancaq kiçik dostlarımızın analarından uzaq olmaqları, yeni ətraf mühitə uyğunlaşma prosesləri və psixoloji inkişafları üçün onlara uyğun bir qulluq edilməsi lazımdır. Bu postumuzda bala pişiklər üçün 9 qulluq təklifini sizlərə təqdim edirik.
1. Baytar
Bala pişiklər əgər küçədə tapılıblarsa və analarından ayrılmışdırlarsa edilməli ilk şey pişiyi bir mütəxəssisə göstərməkdir, çünki heyvanlarla olan əlaqəmizdə ən əhəmiyyətli şey qarşılıqlı olaraq sağlam yaşaya bilməkdir. Bala pişiyin də, özümüzün də hər hansı bir sağlamlıq problemi yaşamaması üçün bu addım qətiliklə yerinə yetirilməlidir.
2. İsinmək
Anasından ayrılmış bir bala pişiyin ilk ehtiyacı isinmək olacaqdır. Balaca dostlarımız ilk 5 həftəlik müddətdə öz bədən istiliklərini qoruya bilmirlər. Orta boy bir qutu bala pişiyimiz üçün kafi olacaqdır. Qutuya bir neçə təmiz parça sərin. Sentetik materiallardan istifadə etməməyə çalışın.
Bala pişik üçün isti su torbasını əgər yoxdursa, su şüşəsinin içinə qaynar olmayan isti su qoyub dəsmala bürüyüb qutunun içinə yerləşdirməyiniz yaxşı olacaqdır. Şüşənin su sızdırmadığından və bala pişiyin birbaşa şüşə ilə təmas etmədiyindən əmin olun. Şüşənin içindəki suya bir neçə saatdan bir nəzarət edib soyuq suyu isti su ilə dəyişdirin. Qutunu evin sakit bir yerinə qoyun.
3. Qidalanma
Balamız əgər yeməyini özü yeyə bilməyəcək qədər kiçikdirsə; onu qidalandırmaq üçün, baytar və ya petshoplarda tapa biləcəyiniz bala pişiklər üçün satılan süd şüşələrindən faydalana bilərsiniz. Ana südünü əvəz edəcək məhsulları da yenə baytar və petshoplardan tapa bilərsiniz.
Qida hazırlayarkən tək istifadəlik hazırlayın. Əgər yeməyindən artıq qalarsa, təkrar istifadə etmək üçün saxlamayın və atın. Yemək isti ya da soyuq olmamalıdır, otaq temperaturunda bir yemək balamız üçün yaxşı olacaqdır. 3-4 saatdan bir qidalanmaları lazımdır. Yemək yedirirkən, bala pişiklərin bütün ayaqları hərəkət halında olur. Dırnaqlarını istifadə edə bilməmələri üçün, kiçik dostumuzu kiçik bez ya da dəsmalla bürüsəniz əllərinizin zədələnməsinin qarşısını alacaqsınız.
4. Ayaqyolu
Pişiklər olduqca təmiz heyvanlardır. Adətən bala pişiklər analarından instikt olaraq tualetlərini hara edəcəkləri mövzusunda məlumat alırlar, lakin bala pişiklər analarının yanından erkən ayrılmışdırlarsa və tualetlərini özləri edə bilməyəcək qədər kiçikdirlərsə bu mövzuda onlara köməkçi olmağınız lazımdır.
Eynilə analarının balalara etdikləri kimi kiçik popolarını yalaya bilməyəcəyiniz üçün fərqli bir üsuldan istifadə edə bilərsiniz. Zeytunyağlı qulaq təmizləmə çubuqları işinizə yarayacaqdır. 🙂
5. Yuxu
Bala pişiklər qidalanmaları arasındakı 3-4 saatlıq zamanı adətən yataraq keçirəcəklər. 2 saatdan bir onların tualetlərini edib etmədiklərinə nəzarət edin. Əks halda dəriləri sidikdən zərər görə bilər. Bala pişiyiniz üçün hazırlamış olduğunuz qutunun içindəki parçaları müəyyən aralıqlarla təmizləri ilə dəyişdirməyinizdə fayda var.
6. Әmmə İstəkləri
Bala pişiklər instinktiv olaraq analarını əmmə meylindədirlər. Lakin anasından ayrılmış olan balaca dostumuz ilk fürsətdə sizi əmmək istəyəcəkdir. İlk başlarda əlinizin ətli hissələri və barmaq aralarını əmmə ilə başlayacaq və mane olmasanız bunu saatlarla davam etdirəcəklər.
Həddindən artıq əyləncəli bir duyğu olmasına baxmayaraq bala pişiyi buna çox öyrətməmək lazımdır. Əgər birdən çox bala pişiyə baxmağa başlamısınızsa, onlar birlərini də əmməyə çalışacaqlar. Yuxu vəziyyətlərində bir-birlərindən bir az ayrı saxlamağınız əmilən baladakı dəri problemlərini minimuma endirəcəkdir.
7. Mühit Təhlükəsizliyi
Bala pişiklər oyun oynamağı çox sevirlər, çünki saplar, yumaq, kabel kimi şeyləri çeynəmək hobbiləri arasındadır. Bu tərz vəsaitləri çox açıqda saxlamamağa diqqət göstətin. Sapları uda bilər, kabellərdəki elektrikdən zərər görə bilərlər. “Özünü atmaz hərhalda?” kimi bir düşüncəylə də ətrafda açıq qapı və pəncərə saxlamamağınız məsləhətdir.
8. İnkişaf
Bala pişiklər ilk həftənin sonunda doğulduqlarından 2 dəfə ağır olacaqlar. Doğuşduqları zaman bağlı olan gözləri 8 ilə 12 gün arasında açılacaqdır. Әvvəlcə mavi olan göz rəngləri iki həftə sonra rəng dəyişdirməyə başlayır və 3 aydan sonra rəngləri görürlər. İki həftəlik olduqları zaman yapışıq qulaqları açılacaq və səslərə reaksiya verməyə başlayacaqlar.
Sağlam bir bala pişik hərəkətli, iştahlı və nizamlı olaraq tualetini etməlidir. Qeyri-adi bir vəziyyətlə rastlaşsanız dərhal baytara müraciət etməyiniz məsləhətdir. 4 həftəlik olan bala pişikləri əmziklə qidalandırmaqdan əlavə sulandırılmış bala pişiklər üçün uyğun konserv qidalarla da bəsləməyə başlaya bilərsiniz. Əmziklə bəsləməyi azaldıb quru qida ilə bəsləməyi artırarkən tarazlığı gözləyin. 5 həftəlik mərhələyə çatanda konserv mamanın içindəki su nisbətini də yavaş-yavaş azaldıb yalnız quru qidalarla bəsləməyə keçə bilərsiniz.
9. Peyvənd
Bala pişiklərin peyvəndləri qətiyyən axsadılmamalıdır. 3 həftəlikdən etibarən baytarınızın verdiyi proqrama uyğun hərəkət etməlisiniz. Bala pişiyimizin həyatına sağlam bir şəkildə yaşaması üçün yuxarıda dediklərimizi unutmayın.